top
Vüqar Məmmədov: Aparıcı oyunçuların zədələnməsi mövsümün gedişinə təsir etdi Idman.biz
24 aprel 2026, 12:53
- ↺ +

Vüqar Məmmədov: Aparıcı oyunçuların zədələnməsi mövsümün gedişinə təsir etdi

"Bəzən idmanda nəticəni detallar müəyyənləşdirir. Bu mövsüm bizim üçün əsas detal aparıcı oyunçuların həlledici məqamda sıradan çıxması oldu".

Bu sözləri qadın voleybolçulardan ibarət UNEC klubunun prezidenti Vüqar Məmmədov başa çatan mövsümü dəyərləndirərkən deyib.

O bildirib ki, mövsümü ümumilikdə iki fərqli mərhələ kimi xarakterizə etmək olar.

"Mövsümün ilk yarısı bizim üçün çox uğurlu keçdi. Komanda sabit və inamlı oyun nümayiş etdirdi, çempionatın ilk dövrəsini turnir cədvəlinin üçüncü pilləsində başa vurdu. Bu, həm kollektivin potensialını, həm də qurulan sistemin effektivliyini göstərirdi. Sonda isə doqquz komanda arasında beşinci olduq. Əlbəttə, daha yüksək nəticə gözləntisi var idi. Lakin mövcud şərtləri nəzərə alsaq, başa çatan mövsümü həm dərs, həm də gələcək üçün baza kimi qiymətləndiririk. Düşünürəm ki, düzgün sistem ilə UNEC növbəti mövsümdə daha iddialı olacaq", - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Klub rəhbərinin sözlərinə görə, yanvar ayında iki aparıcı voleybolçunun zədələnməsi komandanın çıxışına ciddi təsir edib:

"Təəssüf ki, bu amil mövsümün gedişinə mənfi təsir göstərdi. Aparılan intensiv müalicəyə baxmayaraq, onların əvvəlki oyun ritmi və performansı tam bərpa olunmadı. Bu da nəticələrdə özünü göstərdi. Buna baxmayaraq, komanda mübarizə ruhunu qorudu. Play-off mərhələsində "Gəncə" ilə çox gərgin və yüksəksəviyyəli qarşılaşma keçirdik. Oyunun taleyi beş setdə həll olundu. Məğlub olsaq da, komanda sonadək xarakter nümayiş etdirdi".

V. Məmmədov mövsümün müsbət tərəflərinə də toxunub:

"Voleybolçularımızın mövsümün böyük hissəsində göstərdiyi rəqabətqabiliyyətli oyun, komanda ruhu və potensialı xüsusi qeyd olunmalıdır. UNEC artıq çempionatda iddialı komandalar sırasında yer aldığını sübut etdi. Gənc və perspektivli heyətin formalaşması da mühüm amillərdəndir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər