top
Voleybol yığmalarımızın nəticələri ilə bağlı iclas İdman.biz
30 may 2024, 22:57
- ↺ +

Voleybol yığmalarımızın nəticələri ilə bağlı iclas

Voleybol yığmalarımızın Qızıl Avropa Liqasındakı çıxışı ilə bağlı iclas keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov iştirakı ilə keçirilən toplantıda Bakıda qadın voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqasının 3-cü mərhələsinə hazırlıq müzakirə olunub.

GİN-in Voleybol Mərkəzində baş tutan toplantıda AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi və vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov və federasiyanın digər əməkdaşları iştirak ediblər.
Görüşdə qadın və kişi voleybolçulardan ibarət yığma komandalarımızın Qızıl Avropa Liqasındakı çıxışları müzakirə olunub.

Sonra Faiq Orucov sabah Bakıda start götürəcək Qızıl Avropa Liqasının 3-cü tur oyunlarına hazırlıqla bağlı məlumat verib. Milli komandamızın baş məşqçisi Faiq Qarayev voleybolçularımızın Xorvatiya və Rumıniyada keçirilən ilk iki turdakı oyunları haqqında ətraflı məlumat verib. Bildirib ki, komandamız bu qarşılaşmalarda müəyyən səbəblərdən istənilən kimi çıxış edə bilmədi. Bununla belə, Bakıdakı oyunlara daha böyük əhval-ruhiyyə ilə hazırlaşan voleybolçularımızın doğma meydanda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib. F.Qarayev hazırda millidə olmayan təcrübəli oyunçuların da heyətə cəlb olunması, yayda və qış aylarında turnirlərdə iştirak etmələrinin vacibliyini vurğulayıb.

İclasda çıxış edən AVF prezidenti Şahin Bağırov bildirib ki, Faiq Qarayevin millimizin baş məşqçisi olması komandada çıxış edən və yaxın gələcəkdə cəlb olunacaq gənc oyunçular üçün böyük üstünlükdür. Onun təcrübəsindən yararlanaraq professional karyeralarında daha da uğurlu ola biləcəklər. Hazırda heyətdə olan gənclərin 2026-cı il qitə birinciliyinə daha yaxşı hazırlaşmaq üçün imkan qazandıqlarını söyləyib. Federasiya rəhbəri Estoniya və Avstriya yığmaları ilə qarşılaşmalarda komandamıza uğurlar arzulayıb, bu oyunlarda qalib gələcəyinə əminliyini bildirib.

Qeyd edək ki, qadın voleybolçularımız 4 oyundan sonra 1 qələbə qazanıb, 3 oyunda uduzublar. Kişilərdən ibarət yığmamız isə keçirdiyi 4 görüşdə də məğlub olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər