Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Avropa çempionatının birinci təsnifat mərhələsində (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək milli hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb. Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.