top
U-14 voleybol üzrə Azərbaycan birinciliyində yarımfinalçılar bəlli oldu Idman.biz
27 mart 2026, 21:28
- +

U-14 voleybol üzrə Azərbaycan birinciliyində yarımfinalçılar bəlli oldu

Bu gün voleybol üzrə 14 yaşadək qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin pley-off mərhələsinə start verilib.

İdman.Biz bildirir ki, qızların oyunları AVF-nin idman zalında, oğlanların qarşılaşmaları isə Abşeron OİK-də keçirilib. Oyunların nəticələrinə əsasən yarımfinal mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib.

Qızların yarışında ümumilikdə 8 komanda – "AZERRAIL", "Milli Aviasiya Akademiyası", "Möminə Xatun", "Şərqi Zəngəzur RVK-2", "Gəncə RVK", "Turan", "Şərqi Zəngəzur RVK-1" və "Oğuz RVK" pley-off mərhələsində mübarizə aparıb. Qarşılaşmaların nəticəsinə əsasən "AZERRAIL", "Möminə Xatun", "Turan" və "Şərqi Zəngəzur RVK-1" komandaları qələbə qazanaraq yarımfinala vəsiqə əldə ediblər.

Oğlanların yarışında isə "Şərqi Zəngəzur RVK", "Naxçıvan", "Sumqayıt RVK", "Gəncə RVK", "Turan" (Slavyanka), "Bakı RVK", "Oğuz RVK" və "Turan" komandaları pley-off mərhələsində çıxış ediblər. Görüşlərin nəticəsinə görə "Naxçıvan", "Sumqayıt RVK", "Bakı RVK" və "Oğuz RVK" komandaları qalib gələrək yarımfinal mərhələsinə yüksəliblər.

Qeyd edək ki, sabah həm qızlar, həm də oğlanlar arasında yarımfinal oyunları keçiriləcək. Bütün qarşılaşmalar AVF-nin idman zalında təşkil olunacaq.

Oyunların nəticələri
27 mart

U-14 (qızlar)
"AZERRAIL" – "Milli Aviasiya Akademiyası" 2:0 (25:20, 25:23)
"Möminə Xatun" – "Şərqi Zəngəzur RVK-2" 2:0 (25:13, 25:17)
"Gəncə RVK" - "Turan" 0:2 (20:25, 12:25)
"Şərqi Zəngəzur RVK-1" - "Oğuz RVK" 2:0 (25:17, 25:17)
Ünvan: AVF-nin idman zalı

U-14 (oğlanlar)
"Şərqi Zəngəzur RVK" - "Naxçıvan" 0:2 (14:25, 18:25)
"Sumqayıt RVK" - "Gəncə RVK" 2:1 (21:25, 25:17, 15:13)
"Turan" (Slavyanka)- "Bakı RVK" 0:2 (17:25, 14:25)
"Oğuz RVK" - "Turan" 2:0 (25:15, 25:14)
Ünvan: Abşeron OİK

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Dünən, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Dünən, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Dünən, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Basketbol
Dünən, 20:37

LANDAU Lions „Mayami Hit“in eks-oyunçusunu heyətinə qatıb

Futbol
Dünən, 20:27

Fənərbaxça Çempionlar Liqasina iki itki ile çıkacaq

Futbol
Dünən, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Dünən, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Dünən, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Dünən, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Futbol
Dünən, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Digər
Dünən, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Oxşar xəbərlər