top
Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur Idman.biz
Bu gün, 21:38
- ↺ +

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Qadın voleybolçulardan ibarət "Turan" komandasının baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Maritsa" klubu üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra açıqlamasında baş məşqçi kimi Çempionlar Liqasındakı debütündən razı qaldığını bildirib.

"Bu, mənim baş məşqçi kimi Çempionlar Liqasında ilk addımımdır. Nəticə qənaətbəxş oldu. Çalışacağam ki, mənə göstərilən inamı doğruldum. Azərbaycanda məndən başqa da avrokuboklarda iştirak edən baş məşqçilər var, hamısı da Azərbaycanlılardır. Famil Ağayev, Emin Əbilov, Cavid Süleymanov da beynəlxalq arenada komandalarımıza rəhbərlik edirlər".

Rəcəbov Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən heç bir komandanı zəif hesab etməyin düzgün olmadığını vurğulayıb.

Baş məşqçi "Maritsa" ilə oyunun gedişində yaranan gərginliyə də toxunub:

"Qadın voleybolunda oyunlar bəzən çox keşməkeşli keçir. Yeddi-səkkiz top fərqi ilə öndə olduğumuz halda rəqib hesabı bərabərləşdirdi. Hələ çox rəsmi oyun keçirmədiyimiz üçün müəyyən gərginlik hiss olunur. Amma qızlar bu gün möhtəşəm idilər".

Mütəxəssis Ayşən Əbdüləzimovanın az oynamasının səbəbini də açıqlayıb:

"Ayşəni adətən ən çətin məqamlarda meydana buraxıram. Bu, mənim məşqçi hissiyatımdır. Bu gün də onu çətin vəziyyətdə oyuna daxil etdim və bizi xilas etdi. Marta isə zədəli olduğu üçün meydana çıxa bilmədi. Bu gün həm də onun üçün oynadıq. Bura qədər gəlməyimizdə Martanın çox böyük rolu var".

Rəcəbov Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Tovuzda keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, məsələ hələ dəqiqləşməyib və yaxın vaxtlarda məlum olacaq.

"CEV-ə Avropadan gələn komandaların necə qarşılanmasını göstərdik. İnanın ki, başqa yerlərdə belə qarşılama, belə isti münasibət yoxdur. Bunu onlara deyəcəyik də. Bura əyalətdir, kiçik şəhərdir, amma niyə də olmasın? Heç Bakıda belə ajiotaj yoxdur. Bu gün zalda bir dənə də boş yer qalmamışdı".

Qeyd edək ki, "Turan" "Maritsa"ya 3:0 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Futbol
Bu gün, 21:27

Lixtenşteynin üç futbolçusu Azərbaycanla qarşılaşmadan əvvəl fərdi məşq keçdi

Futbol
Bu gün, 21:26

Baku, Almaniya millisinə Millətlər Liqası üçün dəvət alıb

Futbol
Bu gün, 21:21

Braziliya millisində Vinicius Junior-un əvvəlki formaya qayıdacağına inam var

Cüdo
Bu gün, 21:06

Bakıda cüdo üzrə U-17 yeniyetmələr arası şəhər birinciliyində medalçılar müəyyənləşdi

Voleybol
Bu gün, 21:00

Ayşən Əbdüləzimova: Turanın 3-0 Maritsa qələbəsi ilə CEV Çempionlar Liqasında tarix yazma hədəfi

Qarabağ FK
Bu gün, 20:54

Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”da mövqeyini dəyərləndirdi: “Hər keçən gün onun xeyrinə işləyir”

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Oxşar xəbərlər