Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçiriləcək.
"Report" xəbər verir ki, "Turan" komandası "Gənclər"lə üz-üzə gələcək.
Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 17:00-da start götürəcək.