top
Selesta Plak: Azərbaycanda voleybola maraq var, yerli komanda ilə görüş həmişə çətin olur Idman.biz
06 oktyabr 2025, 14:29
- ↺ +

Selesta Plak: Azərbaycanda voleybola maraq var, yerli komanda ilə görüş həmişə çətin olur

Voleybol üzrə Niderland millisi Bakıda keçiriləcək 2026-cı il qadınlar arasında Avropa çempionatının ən parlaq komandalarından biri olacaq.

Avropa çempionatının qalibləri püşkatma nəticəsində Azərbaycanla eyni qrupda yer alıb. Qeyd edək ki, millilərimiz arasında qarşılaşmalar həmişə kifayət qədər maraqlı və gərgin keçir.

Artıq uzun müddətdir ki, "narıncılar"ın lideri olan Selesta Plak İdman.biz-ə müsahibəsində turnirlə bağlı gözləntilərini bölüşüb və paytaxtımızda baş tutan digər matçları xatırlayıb.

- İtaliyanın Bari şəhərində keçirilən püşkatma əlamətdar oldu, belə ki, bu püşkatma nəticəsində Niderland millisi Azərbaycana rəqib oldu. O an nə düşünürdünüz?

- Yəqin ki, o an bizi daha bir maraqlı voleybol macərasının gözlədiyini düşündüm (gülür). Əslində, mən artıq bu hiss üçün darıxmışam, çünki əvvəllər Avropa çempionatı iki ildən bir keçirilirdi. Lakin sonra təqvim dəyişdi, Dünya Çempionatı dördillik tsikldən ikiillik dövrəyə keçdi və əsas Avropa turnirləri arasındakı interval müvəqqəti olaraq üç ilə qədər uzadıldı. Buna görə də əminəm ki, çoxları 2026-cı il Avropa çempionatını səbirsizliklə gözləyir.

- Niderland millisi Avropa çempionatında stabil çıxış edir və 2023-cü ildə bürünc medal qazanıb. Bu nəticə Bakı səfərində sizə əlavə inam verir?

- Təbii ki, biz qitə yarışında kifayət qədər uğur qazanmışıq. Son beş çempionata nəzər salsaq, biz iki dəfə finala çıxmışıq, sonuncu dəfə bürünc medal qazanmışıq. Bizim yaxşı komandamız var; komanda bu yaxınlarda Tailandda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Deməli, biz Avropa çempionatında güclü çıxış etmək üçün bütün ilkin şərtlərə sahibik.

- 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında iştirak edərək gümüş medal qazandınız. Həmin qarşılaşmalardan hansılar sizin yaddaşınızda qalıb?

- Mənim yaddaşımda bu, ən çətin turnirlərdən biri idi. Xatırladığım qədər, qrup mərhələsinin oyunlarını Azərbaycanın rayonlarından birində (Göygöldə - red.) keçirilmişdi. Serbiyaya uduzaraq qrupumuzda ikinci olduq, sonra pley-off oyunları üçün Bakıya gəldik. Xorvatiyanı məğlub etdikdən sonra 1/4 finalda İtaliyaya qalib gəlməyi bacardıq, daha sonra yarımfinalda Azərbaycanla üz-üzə gəldik. Hələ də o inanılmaz dərəcədə çətin oyunu xatırlayıram. O zaman tay-brekdə qalib gəlib, finala yüksəlsək də Serbiyaya məğlub olduq. Kim bilir, bəlkə də həlledici görüşdə uduzmağımıza səbəb yarımfinalda xərclədiyimiz enerji idi. Amma çempionatla bağlı ən xoş xatirələrim var.

- Səkkiz ildən sonra Niderland komandası tanış məkanda - Milli Gimnastika Arenasında oynayacaq...

- Ora möhtəşəm kompleksdir və ümid edirəm ki, yenidən Avropa çempionatının atmosferini hiss edəcəyəm. Xatirimdədir, isinmə hərəkətləri üçün arenaya çıxanda zal tamaşaçılarla dolu idi. Azərbaycanda voleybola maraq var, xatırlayıram 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində sizin komandanıza üç setin nəticəsində əsasən məğlub olmuşduq. Ona görə də yerli komanda ilə görüş həmişə çətin olur. Amma gələcəyə baxmaq lazımdır. İndi mənim üçün əsas olan - zədə almamaq, klub mövsümünü yaxşı keçirmək və sonra Avropa çempionatına hazırlaşmaqdır.

- Yeni mövsümə haradan başlayacaqsınız?

- Mən İtaliyaya qayıdıram, Milanın "Numeo Vero Volley" komandasında oynayacağam. Keçən il komada Çempionlar Liqasının Dördlər Finalına yüksəldi və A Seriyasında ikinci oldu, ona görə də yeni mövsümü həqiqətən səbirsizliklə gözləyirəm. Çox böyük gözləntilərim var və ümid edirəm ki, uğurlu olacaq.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər