top
Şahin Çatma: Azərbaycanlı məşqçilər tənbəldir, onlar ilkin mərhələdə işləmək istəmirlər Idman.biz
23 mart 2026, 16:39
- ↺ +

Şahin Çatma: Azərbaycanlı məşqçilər tənbəldir, onlar ilkin mərhələdə işləmək istəmirlər

"Gənclər" klubunun və Azərbaycanın 18 yaşadək qızlardan ibarət voleybol millisinin baş məşqçisi Şahin Çatma 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Türkiyəli mütəxəssis İdman.Biz-ə açıqlamasında əvvəl "Gənclər" klubunun son vəziyyətə toxunub.

"Bu komandanın Yüksək Liqada oynaya bilməyəcəyi və problemlərlə üzləşəcəyi deyilirdi. Amma hesab edirəm ki, qızlar çox yaxşı çıxış etdilər", - deyə o bildirib.

Əsasən U-18 millisindən formalaşan "Gənclər" komandası Azərbaycan çempionatında pley-off mərhələsi (27 mart) ərəfəsində çıxışını başa vurub. Gənc voleybolçular bir qələbə belə qazana bilməsələr də, əsasən legionerlərdən ibarət, daha təcrübəli rəqiblərə qarşı layiqli mübarizə aparıblar.

Türkiyəli mütəxəssis vurğulayıb ki, əsas məqsəd inkişafdır:

"Azərbaycanda əsas hədəf inkişafdır. Məhz buna görə bu heyətlə Yüksək Liqada iştirak etdik ki, qızlar mümkün qədər çox oyun keçirsin və təcrübə toplasın. Düşünürəm ki, bu komanda daha iki il birlikdə çalışsa, çempionatda çox yüksək səviyyədə çıxış edə bilər".

O, Azərbaycanda uşaq və yeniyetmə voleybolunun zəif inkişaf etdiyini qeyd edib:

"Mən Azərbaycana gələndə demək olar ki, inkişaf yox idi. Bəzi oyunçular voleybola yeni başlayırdı və elementar biliklərə malik deyildilər. Üstəlik, onların boyu da qısa idi - biz 1,56-1,60 m boyunda uşaqlarla işləyirdik".

Çatma problemin əsas səbəbini məşqçilərdə görür:

"Təəssüf ki, azərbaycanlı məşqçilər tənbəldir. Onlar ilkin mərhələdə işləmək istəmir və hazır, yüksək səviyyəli oyunçulara üstünlük verirlər. Halbuki dünyada ən yaxşı mütəxəssislər məhz aşağı yaş qrupları ilə işləyir".

Onun sözlərinə görə, uşaq voleyboluna diqqət yetirilməsə, ölkədə inkişaf mümkün deyil və çempionatda yenə legionerlər üstünlük təşkil edəcək:

"Sadə arifmetikanı - toplama, çıxma, vurma və bölməni öyrətmədən tənlik həll etdirmək mümkün deyil. Amma hazırda vəziyyət məhz belədir".

Mütəxəssis nəticə üçün davamlı məşqlərin vacibliyini də vurğulayıb:

"Bir hərəkəti həqiqətən mənimsəmək üçün onu il ərzində 10 min dəfə təkrarlamaq lazımdır. Bu prosesə isə 10 yaşdan yuxarı uşaqlarla başlamaq vacibdir".

Çatma qeyd edib ki, U-18 millisinin Azərbaycan çempionatında iştirakı Avropa çempionatının seçmə mərhələsinə hazırlığın bir hissəsi olub.

27-29 mart tarixlərində İspaniyada CEV U-18 Avropa çempionatı-2026-nın seçmə mərhələsinin ikinci raundu keçiriləcək. Azərbaycan millisi C qrupunda İspaniya, Niderland və Estoniya ilə qarşılaşacaq. Qrupların qalibləri, eləcə də ikinci yerlər arasında ən yaxşı nəticə göstərən komanda final mərhələsinə vəsiqə qazanacaq.

"Əlbəttə, şansımız var. İstənilən komandaya qarşı oynaya bilərik. Amma nəticəni proqnozlaşdırmaq çətindir. Məşqçilər heyətinin vəzifəsi komandaya istiqamət vermək və hazırlıqda gördüyümüz işləri meydanda reallaşdırmağa kömək etməkdir. Onlar indiyədək böyük beynəlxalq turnirlərdə çıxış etməyiblər. Azərbaycan ilk dəfə Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda oynayacaq. Qızlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər", - deyə Çatma fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Digər
Bu gün, 09:40

"Qızıl Top" mərasiminin aparıcıları müəyyənləşdi

Digər
Bu gün, 09:38

FIFA-nın tarixi turnirinin ilk xarici iştirakçıları Bakıya gəlib - FOTO

Digər
Bu gün, 09:23

“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

Digər
Bu gün, 09:20

22 yaşlı hücumçu "Yuventus"un "radar"ına düşüb

Digər
Bu gün, 09:08

“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

Digər
Bu gün, 09:00

ÇL: "Sabah" "Borussiya" ilə üz-üzə

Digər
Bu gün, 08:46

“Kristal Palas”da baş məşqçinin taleyi həll olundu - 0:5-dən sonra qərar

Oxşar xəbərlər