top
Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb, voleybolun inkişafını müzakirə edib Idman.biz
08 may 2026, 09:25
- ↺ +

Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb, voleybolun inkişafını müzakirə edib

Azərbaycan Voleybol Federasiyasının (AFV) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüş keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə Milli Məclisin deputatı Kamallədin Qafarov, federasiyanın Naxçıvan filialının direktoru Vüqar Əliyev, sponsor şirkətlərin rəhbərləri və voleybol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan filialının direktor müavini Rahil Tahirli regionda voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması, eləcə də əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, son illərdə şəhər və rayon məktəblərində aparılan seleksiya işləri nəticəsində yüzlərlə perspektivli gənc voleybola cəlb olunub, xüsusilə qız voleybolunun inkişafı istiqamətində mühüm irəliləyişlər əldə edilib.

Qeyd olunub ki, son iki il ərzində Naxçıvanın yeniyetmə oğlan və qızlardan ibarət komandaları Azərbaycan çempionatlarında iştirak edərək iki qızıl və dörd bürünc medal qazanıblar. Bundan əlavə, 15-dən çox idmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunub.

Şahin Bağırov çıxışında ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıb. O, yeniyetmələr arasında keçirilən çempionatların gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynadığını vurğulayıb.

AVF prezidenti bu işlərdə valideynlərin rolunu xüsusi qeyd edərək, idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvanda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Sonda Şahin Bağırov yeniyetmə voleybolçuların məşq prosesini və "Möminə Xatun" komandasının oyununu izləyib, milli komandaya seçilən idmançılarla maraqlanıb. Daha sonra sponsorlar və məşqçilərlə regionda voleybolun inkişaf perspektivləri müzakirə olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər