top
Ramin Əzizovdan Azərreylin Çempionlar Liqası şansları və kişi voleybolunun inkişafı ilə bağlı MÜSAHİBƏ Idman.biz
27 oktyabr 2025, 12:03
- ↺ +

Ramin Əzizovdan "Azərreyl"in Çempionlar Liqası şansları və kişi voleybolunun inkişafı ilə bağlı MÜSAHİBƏ

Kişilərdən ibarət "Azərreyl" voleybol klubu Çempionlar Liqasının təsnifat mərhələsində Bakıda "Radniçki" (Serbiya) qarşısında 0:3 hesablı məğlubiyyətdən sonra cavab oyununa hazırlaşır.

Oktyabrın 29-da Serbiyada keçiriləcək qarşılaşma ərəfəsi klubun prezidenti Ramin Əzizov İdman.biz-ə müsahibə verib. O, komandanın şansları və ümumilikdə Azərbaycan kişi voleybolunun inkişafından danışıb.

- Komanda Serbiyaya hansı əhval-ruhiyyə ilə yollanır? Bakıda 0:3 hesabı ilə məğlub olduğunuz görüşdən sonra revanş ümidi varmı?

- Ümid hər zaman var! İdmanda mümkünsüz heç nə yoxdur - bunu bizə "Qarabağ" futbol klubu sübut etdi! Mən həmişə bu fikri həm kişi, həm də qadın voleybolçularımıza deyirəm: şans hər zaman var.

Üstəlik, biz Serbiyada 3:0 deyil, 3:1 hesabı ilə də qalib gəlsək, voleybol qaydalarına əsasən, qalibi müəyyənləşdirmək üçün əlavə – "qızıl set" oynanılacaq. Həmin set 15 xala qədər davam edəcək. Amma 3:2 hesablı qələbə bizim üçün kifayət etməyəcək - o halda mərhələ adlayan tərəf serb klubu olacaq.

- Bildiyimə görə, siz də komandaya dəstək olmaq üçün səfərə gedirsiniz?

- Bəli, əlbəttə! Əgər hər hansı fors-major hal baş verməsə, mən də cavab görüşünə gedəcəyəm. Belə tarixi anda klubun yanında olmaq istəyirəm. Açığı, nəticədən asılı olmayaraq, bu komanda Çempionlar Liqasında çıxış edən ilk yerli kişi klubu kimi artıq adını Azərbaycan voleybolunun tarixinə yazdırıb.

Mən bununla fəxr edirəm. Üstəlik, sevindirici haldır ki, hamı bizdən yalnız qələbə gözləyir. Halbuki, biz sadə bir rəqiblə yox, Serbiya çempionu ilə qarşılaşırıq!

- Voleybol bəlkə də yeganə idman növüdür ki, burada qadınlar kişilərdən daha uğurlu olub. Məsələn, hətta handbolda belə indi hər iki cins təxminən eyni səviyyədədir. Sizcə, niyə voleybolda bu fərq yaranıb?

- Əvvəlcə onu deyim ki, Azərbaycan qadın voleybolunda çox güclü ənənələr formalaşıb.

- Bəs niyə kişilərdə belə ənənələr olmayıb?

- Bax, indi biz həmin stereotipi sındırırıq (gülür). Bizim klub artıq Çempionlar Liqasında oynayır, milli komandamız isə yaxınlarda MDB ölkələrinin Oyunlarında çıxış edib və daha böyük turnirlərə hazırlaşır. Ümid edirəm ki, yaxın vaxtlarda kişi voleybolçularımız yalnız qadınları çatmaqla kifayətlənməyəcək, hətta onları keçəcəklər. Axı, cəmi üç il əvvəl ölkədə ümumiyyətlə kişi voleybol klubu yox idi!

- "Azərreyl"də gənc voleybolçuların yetişdirilməsi necə gedir? Yaxın illərdə legionerlərdən asılılıq davam edəcəkmi?

- Əslində, biz artıq yalnız legionerlərə arxalanmırıq. "Azərreyl"də üç yaş kateqoriyasında – U14, U16 və U18 – həm kişi, həm də qadın komandalar fəaliyyət göstərir. Yəni bizdə yaxın gələcəyin ehtiyat qüvvələri formalaşır.

- Sonda sizə bir sual vermək istəyirəm. Siz "Azərreyl" klubunun həm qadın, həm də kişi komandasının prezidentisiniz. Amma keçmiş taekvondoçusunuz, dünya və Avropa çempionatlarının mükafatçısı, 2012 London Olimpiadasının iştirakçısısınız. Niyə öz idman növünüzdə deyil, məhz voleybol klubunda çalışırsınız.

- (Gülür) Mən voleybola oynamağa keçməmişəm ki. Elə bilirsiniz, futbol federasiyasında yalnız futbolçular, yaxud, misal üçün, taekvondo federasiyasında ancaq taekvondoçular işləməlidir?

İnsan faydalı ola biləcəyi yerdə işləməlidir. Əsas odur ki, üzərinə düşən işi layiqincə yerinə yetirəsiniz. Məni bu vəzifəyə dəvət edənlər düşündülər ki, mən voleybola töhfə verə bilərəm. Mən də başa düşdüm ki, bu iş mənlikdir və xoşuma gəlir.

Əgər bu gün həm qadın, həm kişi komandalarımız Azərbaycan çempionu titulunu daşıyır, klubumuz isə Çempionlar Liqasında çıxış edirsə, deməli, mən öz vəzifəmi pis yerinə yetirmirəm.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:29

Keyn Çempionlar Liqasında Ronaldunun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Digər
Bu gün, 01:10

ÇL: “Real”dan qələbə, MY darmadağın oldu

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Dünən, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Dünən, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Dünən, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Oxşar xəbərlər