top
Azərreylin prezidenti: Qeyri-adi bir hal baş verməsə, avrokuboklarda iştirak etmək və... Sport24.az
23 aprel 2024, 11:34
- ↺ +

"Azərreyl"in prezidenti: "Qeyri-adi bir hal baş verməsə, avrokuboklarda iştirak etmək və..."

"Çox gözəl oyun keçdi. Azərbaycan voleybol tarixində belə bir final xatırlamırıq". Sport24.az xəbər verir ki, bunu "Azərreyl"in prezidenti Orxan Kərimov klubunun mətbuat xidmətinə deyib.

 

O, Azərbaycan çempionatının finalında "Murov Az Terminal"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Klub rəhbəri bildirib ki, bir neçə il ardıcıl Azərbaycan çempionuna, avrokubok təcrübəsi olan komandaya qarşı oynamaq heç də asan deyil: "Çünki "Azərreyl"in kişi komandası ikinci mövsümdür ki, çıxış edir. İlk dəfə 2019/2020 mövsümündə yaradılıb. O zaman da pandemiya dövrünə təsadüf etdiyi üçün çempionat dayandırılıb. Demək olar ki, ilk dəfə "Azərreyl" kişi komandası ilə bu mövsüm belə mübarizə aparıb, finala qədər gəlib. Həlledici matç barədə nəsə danışmaq isə çox çətindir. Set sayları və ümumi hesab matçın nə dərəcədə gərgin keçdiyini göstərir. Rəqib komandanı da gözəl mübarizə apardıqları üçün təbrik edirəm. "Azərreyl" çox yaxşı nəticə əldə etdi. Oyunçulara, məşqçi və inzibati heyətimizə çox sağ ol düşür. Bu, birgə əməyin nəticəsidir. Demək olar ki, debütant komanda çempion oldu. Bir ssenarini canlı yaşadıq".

 

O, komandanın gələcək planlarına da toxunub: "Ümid edirəm ki, növbəti mövsümdə də güclü heyətlə çıxış edəcəyik. Həmçinin qeyri-adi bir hal baş verməsə, avrokuboklarda iştirak etmək və yaxşı nəticə qazanmaq niyyətindəyik. Daha çox yerli və gənc oyunçularımızı milliyə hazır etmək istəyirik. Hazırda da klubumuzda belə 5 gənc oyunçu var. Əlbəttə ki, gənclər böyük oyunçuların yanında inkişaf edirlər. Onlara da bu şansı yaratdığımız üçün qürurluyuq. Qələbədən savayı, həmçinin hər zaman gənclərə önəm vermişik. Bu gün bizi çox gözəl mübarizə gözləyir. Qadınlardan ibarət "Azərreyl" "Abşeron"la qarşılaşacaq. Açılış oyununda biz bu kluba qarşı 1:3 hesabı ilə uduzmuşuq. Bu gün bizim üçün revanş oyunudur. "Abşeron" da çox yaxşı komandadır, böyük hörmətimiz var. Komanda kimi çox gözəl oyun sərgiləyib, baxımlı voleybol göstərirlər. Mayın 4-də bizi U-16 qızların və oğlanların finalı gözləyir. Orda da oğlanlarımız yarımfinal mərhələsində çıxış edirlər. Fikrimcə, orda da istədiyimiz kürsüyə çıxa bilərik".

 

Qeyd edək ki, "Azərreyl" ilk dəfə kişilər arasında keçirilən voleybol üzrə ölkə çempionatının qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Bu gün, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Bu gün, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Bu gün, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Oxşar xəbərlər