Qadın voleybolçulardan ibarət "Azərreyl" legionerlə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, Cineyri Martines komandanı tərk edib.
Dominikan Respublikasını təmsil edən voleybolçu karyerasını Çində davam etdirəcək. Martines "Liaoninq" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, "Azərreyl" növbəti mövsümdə avrokublarda iştirak etməyəcək.
İdman.biz