top
Qarabağ həndbol klubunun prezidenti: Beynəlxalq təcrübə olmasa, növbəti 40 ildə də qalib gəlməyəcəyik Idman.biz
14 oktyabr 2025, 17:02
- ↺ +

"Qarabağ" həndbol klubunun prezidenti: Beynəlxalq təcrübə olmasa, növbəti 40 ildə də qalib gəlməyəcəyik

Qadın həndbolu sovet dövründə Azərbaycanda komanda idman növləri arasında ən uğurlu sahələrdən biri idi. Həndbol klublarımız SSRİ çempionatlarında mütəmadi olaraq medal qazanır, azərbaycanlı idmançılar isə SSRİ yığmasının heyətində çıxış edirdilər.

Bu idmançılardan biri də 1976-cı ildə SSRİ yığması ilə Olimpiya çempionu olan, 1983-cü ildə isə "Avtomobilist" (Bakı) komandası ilə İHF Kubokunun qalibi adını qazanan Lüdmila Şubina idi.

Hazırda "Qarabağ" həndbol klubunun prezidenti olan Lüdmila Şubina İdman.Biz-ə müsahibəsində həm komandasının, həm də ölkə həndbolunun vəziyyətindən danışıb.

- "Qarabağ"ın hazırkı durumu necədir?

- Təəssüf ki, yaxşı deyil. İki il əvvəl həm ölkə çempionu, həm də kubokun qalibi olduq. Keçən mövsüm yalnız "Azəryol"a uduzaraq gümüş medalla kifayətləndik. Amma bu il ilk "üçlüy"ə belə düşəcəyimizə əmin deyiləm.

- Niyə belə düşünürsünüz? Axı çempionatda cəmi altı komanda var.

- Çünki ən yaxşı oyunçularımız "Azəryol"a keçib, indi o komandanı gücləndirirlər. Bizdə əsasən gənc, təcrübəsiz oyunçular qalıb.

- Amma komandanızda 20 yaşdan yuxarı həndbolçular da var...

- Bəli, var, amma bu kifayət etmir. Komanda mütəmadi oyun təcrübəsi qazanmalıdır. Yalnız daxili turnirlərlə inkişaf mümkün deyil. Yığma da eyni vəziyyətdədir. Bu gün öyrəndik ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyik. Klublarımız isə avrokuboklarda ilk mərhələdən kənarlaşdı.

Halbuki biz vaxtilə Avropada qalib gəlirdik – düz 1983-cü ildə! Əgər beynəlxalq səviyyədə oynamasaq, növbəti 40 ildə də qələbə görməyəcəyik. Üstəlik, məşqçiləri də saxlaya bilmirik. Məsələn, komandanın keçmiş baş məşqçisi, Sergey Kamburla çempion olmuşduq, amma o, Belarusiyaya köçdü.

- Amma o, U-17 yığmamızın da baş məşqçisi idi və komanda 2023-cü ildə Bakıda keçirilən Avropa çempionatında uğursuz çıxış etmişdi.

- Düzdür, amma klubda onun rəhbərliyi ilə nəticələrimiz yaxşı idi. Yığmanın vəziyyəti isə başqa məsələdir. Hətta böyüklərdən ibarət milli komandamız üçün də bu günlər çox keçir. İslam Oyunlarında Türkiyə və Mərakeş kimi güclü rəqiblərlə qarşılaşacağıq. Düzünü desəm, bu gün Tacikistan belə bizdən güclüdür.

- Amma idmanda hər şey mümkündür...

- Elə mən də qızlara həmişə bunu deyirəm. Baxın, futbol üzrə "Qarabağ" nə etdi! Bir neçə ay əvvəl heç kim inanmırdı ki, onlar nəinki Çempionlar Liqasına vəsiqə qazanacaq, üstəlik, orada uğurlu çıxış edəcəklər. Sadəcə, futbol "Qarabağ"ının beynəlxalq oyun təcrübəsi var. Biz də inkişaf etmək istəyiriksə, mütəmadi oynamağa və təcrübə qazanmağa məcburuq.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Oxşar xəbərlər