Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start veriləcək.
"Report"un məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.