top
“Oyundan öncə saç rezinlərimi heç kimlə paylaşmıram” - Kristina Besmanın İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
02 aprel 2026, 15:12
- ↺ +

“Oyundan öncə saç rezinlərimi heç kimlə paylaşmıram” - Kristina Besmanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan millisinin voleybolçusu Kristina Besman "Omiçka" ilə Rusiya çempionatında onuncu yeri tutub.

O, gərgin keçən mövsümün yekunlarını İdman.Biz ilə bölüşüb.

Oyun qurucu bildirib ki, onuncu yer cəmi ikinci ildir mövcud olan komanda üçün ən yüksək nəticədir.

"Əlbəttə, pley-offa düşmək istəyirdik, amma hər şey mərhələli şəkildə edilir. Bu mövsümdə əsas üstünlüyümüz komanda oyunu və məşqçinin tapşırıqları oldu. Amma ayrı-ayrı oyunlarda daha yaxşı çıxış etsəydik, daha yüksək pillədə qərarlaşa bilərdik", - deyə komandanın kapitanı vurğulayıb.

Mövsümün müntəzəm oyunları arasında o, "Leninqradka"ya qarşı hər iki görüşü xüsusi qeyd edib. Həmin komandada Azərbaycan millisinin digər voleybolçusu Yelizaveta Ruban çıxış edir:

"Gərginlik və emosiyalar baxımından bu oyunları seçərdim. Qarşılaşmalar kompromissiz mübarizə şəraitində keçdi. Meydanda çoxlu emosiyalar yaşandı və azarkeşlər belə voleyboldan zövq aldı".

O əlavə edib ki, "Omiçka" ev oyunlarını yeni arenada keçirməyə başlayıb və bu, bəzi matçların unudulmaz atmosferdə baş tutmasına səbəb olub:

"Bu, kifayət qədər həyəcanlı idi və belə xoş stressə komanda şəklində hazırlaşmaq mümkün deyil. Burada hər voleybolçu buna fərdi yanaşırdı".

Kristina oyunlardan əvvəl riayət etdiyi müxtəlif əlamətlər və ənənələrdən də danışıb:

"İndi onların sayı çox deyil. Amma, məsələn, oyunlardan əvvəl komanda yoldaşlarımla saç rezinlərimi paylaşmamağa çalışıram".

Besman mövsümün çətin dövrünü də xatırladıb. Həmin vaxt "Omiçka" uğursuzluq zolağına düşərək ardıcıl dörd oyunda məğlub olub:

"Bu, həmişə psixoloji təzyiq yaradır. Çünki qarşıya məqsədlər qoyulur və uğursuz seriya klubun durumuna təsir edir. Bəzən rəqib ən yaxşı oyununu göstərir, bəzən isə biz özümüz səhvlər edirik və rəqibi məğlub edə bilmirik. Bu vəziyyətdən çıxış yolu həmişə eynidir - işləmək, səbr etmək, özündə güc tapmaq və ruhdan düşməmək! Hər oyundan sonra nələri yaxşı, nələri pis etdiyimizi müzakirə edirik, analiz aparırıq və irəli gedirik".

O əlavə edib ki, növbəti mövsümdə "Omiçka"nın əsas hədəfi pley-offa vəsiqə qazanmaq olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər