top
Nikol Devis: Azərbaycan voleybolu karyeramda böyük iz buraxıb Idman.biz
03 dekabr 2025, 15:40
- ↺ +

Nikol Devis: Azərbaycan voleybolu karyeramda böyük iz buraxıb

Azərbaycan voleybolunda böyük yüksəliş dövrü yaşanan illərdə, klubların dünya ulduzlarını heyətlərinə cəlb etdiyi vaxtlarda Nikol Devis ən parlaq adlardan biri idi. 2010/2011 mövsümündə ABŞ-dən olan libero "Lokomotiv"də çıxış edərək "Çelenc Cup"ın finalına qədər irəliləmişdi.

Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu olan Nikol Devis İdman.Biz-ə müsahibəsində Azərbaycandakı karyerasını xatırlayıb, hazırda nə ilə məşğul olduğu barədə danışıb.

- Nikol, Azərbaycanda oynamağınızdan bu yana uzun illər keçib. "Lokomotiv"dəki mövsümü necə xatırlayırsınız?

- Bu, karyeramın çox isti və zəngin mərhələsi idi. Sizin ölkə o dövrdə əsl voleybol yüksəlişi yaşayırdı - güclü liqalar, azarkeşlər, enerji ilə dolu atmosfer. "Lokomotiv" əla komanda idi və mən özümü iddialı bir layihənin parçası kimi hiss edirdim. Biz böyük yol keçdik və "Çelenc Cup" finalına çıxmağı bacardıq – bu, xüsusi nailiyyət idi.

- Bakıda olduğunuz dövrdən ən çox nə yadda qalıb?

- İnsanlar. Azərbaycanlılar inanılmaz dərəcədə qonaqpərvər idilər. Mən dəstəyi təkcə klub daxilində deyil, ondan kənarda da hiss edirdim. Bakı gözəl və canlı şəhərdir, boş vaxtımda onu kəşf etməkdən həzz alırdım. Yalnız xoş xatirələrim qalıb.

- Həmin mövsüm karyeranıza nə dərəcədə təsir etdi?

- Mənə böyük inam qazandırdı. Bu, meydanda sabitlik və liderlik üzərində çox çalışdığım dövr idi. Azərbaycanda oynayarkən daha yetkin voleybolçuya çevrildim. Belə beynəlxalq mərhələlər idmançını daha çevik edir, fərqli oyun üslublarına və mədəniyyətlərə uyğunlaşmağı öyrədir.

- Bir çox ölkələrdə oynamısınız, müqayisə etmək imkanınız var. Həmin illərdə Superliqanı nə qədər güclü saymaq olardı?

- Səviyyə doğrudan da yüksək idi. Liqada çoxlu xarici ulduzlar çıxış edirdi ki, bu da hər oyunu çətin sınağa çevirirdi. Komandalar rəqabətədavamlı idi və matçlar çox vaxt gərgin mübarizə şəraitində keçirdi. Bəzən onların taleyi tay-breykdə həll olunurdu. Bu, Azərbaycan voleybolunun inkişafı üçün mükəmməl bir dövr idi.

- Hazırda nə ilə məşğulsunuz?

- Voleybolda işləməyə davam edirəm, amma artıq meydandan kənarda. Vaxtımı tədrisə, məsləhətçiliyə, gənc idmançılarla işləməyə və mental hazırlığın inkişafına həsr edirəm. Təcrübəmi bölüşmək, idmançıların təkcə fiziki deyil, həm də psixoloji cəhətdən böyümələrinə kömək etmək mənim üçün önəmlidir. Voleybol həyatımın çox vacib hissəsi olaraq qalır.

- Bu gün Azərbaycan klublarının çıxışını izləyirsinizmi?

- Vaxtaşırı - bəli. Azərbaycandakı voleybol həyatımda nəzərəçarpan iz qoyub, buna görə də liqanın necə inkişaf etdiyini, hansı oyunçuların gəldiyini, səviyyənin necə dəyişdiyini görmək mənim üçün həmişə maraqlıdır. Hər zaman klublarınıza uğur arzulayıram.

- Bakını yenidən ziyarət etmək istərdinizmi?

- Böyük məmnuniyyətlə! Bu, qayıtmağın xoş olduğu bir şəhərdir. Əgər imkan olsa - böyük voleybol tədbiri və ya sadəcə bir səyahət üçün – böyük sevinc və həvəslə Bakıya gələrəm.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Oxşar xəbərlər