top
Nataliya Vallek Ankaradakı qələbəsi, idman karyerası və həyat fəlsəfəsi haqqında danışdı Idman.biz
12 sentyabr 2025, 00:33
- ↺ +

Nataliya Vallek Ankaradakı qələbəsi, idman karyerası və həyat fəlsəfəsi haqqında danışdı

Avqustun 24-də Ankarada (Türkiyə) Azərbaycan velosiped idmanı tarixində əbədi qalacaq "GranFondo Başkent" yarışı baş tutub. Yarışın mütləq qalibi "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin üzvü Nataliya Vallek olub.
Velosiped sürmək bu heyrətamiz qadının atletik karyerasının yalnız bir tərəfidir. O, həmçinin qaçışda, o cümlədən ultramarafonlarda əldə etdiyi nailiyyətləri ilə də tanınır. Üstəlik, Vallek keçmişdə peşəkar qarışıq döyüş sənətçisi (MMA) olub. Onun sarsılmaz enerjisi, qorxmazlığı və dəyişməz müsbət münasibəti müsahibimizi ətrafındakılar üçün əsl ilham mənbəyinə çevirib.

Vallek Media.Az-a müsahibəsində Türkiyədəki qələbəsinin təfərrüatlarını açıqlayıb, peşəkar sirlərini bölüşüb, idman və həyat fəlsəfəsindən bəhs edib.

- Natalya xanım, Ankaradakı qələbə sizin üçün nə deməkdir?

- Düzünü desəm, hələ də bir az şokdayam - axı startda yanımda əsl peşəkarlar, çempionlar var idi (gülür).

- Yarışa hazırlaq necə keçdi?

- Çox qısa müddətdə hazırlaşmalı idik, amma mümkün olan hər şeyi etdik. Xüsusilə mentorum - şose velosipedi üzrə 15 qat Azərbaycan çempionu Musa Mikayılzadəni qeyd etmək istərdim. O, ölkəmizin ən güclü yarışçılarından biridir. Ona görə də qələbəni bizimki kimi qəbul edirəm (gülür).

– O cür rəqabəti nəzərə alsaq, yəqin ki, siz finişə birinci çatacağınızı gözləmirdiz?

– Starta çıxanda səninlə bir sırada peşəkarlar və ya həvəskarların olmasından asılı olmayaraq, hər zaman öz maksimum gücünü göstərmək istəyirsən. Bunun üçün hər şeyinizi verirsiniz və haradasa ürəyinizin dərinliyində ümid edirsiniz: "Birdən alındı?" Xüsusən də məşqçiniz hazırkı çempion olduqda. Bu, inanılmaz dərəcədə motivasiya verir! Onunla hər məşq özün üçün kiçik bir çağırış kimidir: özünü daha da sıxışdıra bilərsənmi? Və bu sizi 100% işləməyə məcbur edir. Axı, yarışda yaxşı nəticə təkcə sənin işin deyil, həm də məşqçinin xidmətidir.

– "GranFondo Başkent" yarışında Türkiyədən başqa hansı ölkələr iştirak edirdi?

– Azərbaycan, Rusiya, İspaniya, Kolumbiya və bir çox digər ölkələrin idmançıları. Həqiqətən beynəlxalq izdiham: müxtəlif dillər və mədəniyyətlər - hamısı bir yarışda toplanıb. Atmosfer sadəcə inanılmaz idi!

"GranFondo Başkent" tanınmış və prestijli yarışdır, ona görə də orada iştirak etmək mənim üçün xüsusi bir şey idi. Düzünü desəm, mən ilk dəfə idi ki, bu miqyasda yarışın startında iştirak edirdim və bu hiss uzun müddət məndə qalacaq (gülür).

Yarışın təşkili yüksək səviyyədə idi. Gəldiyimiz andan etibarən hər şey ciddi şəkildə qrafikə uyğun getdi: qeydiyyat, nömrələrin verilməsi, onlayn brifinq, start - bir dənə də olsun dəyişiklik baş vermədi. Atmosfer çox mehriban idi: hamı gülümsəyir, bir-birini dəstəkləyirdi.

- Yarış özü necə keçdi?

– Start ümumi idi – həm qadınlar, həm də kişilər. İlk kilometrlər tuneldə idi və sözün əsl mənasında qabağa getmək üçün yer yox idi: yüzlərlə velosipedçi sözün əsl mənasında çiyin-çiyinə gedirdilər. İstənilən iştirakçı qəflətən geri qala və ya qabağa gedə bilərdi, yıxılma riski də çox yüksək idi. Mən əvvəllər heç vaxt bu qədər idmançı ilə yarışmamışdım və bu, açığı, şok idi.

- Məşqçinizlə hansı taktikanı seçdiniz?

- Mən 15-16 kilometr məsafədə əsl peşəkarların olduğu birinci qrupda qaldım. Sonra anladım ki, buna çox dözə bilməyəcəm və öz-özümə dedim: "Mən tempi biq qədər aşağı salmalıyam, qoy ikinci qrup toplaşsın". Və təxminən daha 15 kilometr bu rejimdə sürməyə davam etdim. 32-ci kilometrdə artıq strateji planı hazır olan məşqçimlə qarşılaşdım. Musa dedi: "Bizim hamını ötmək üçün bircə şansımız olacaq". Qarşımda iyirmi illik təcrübəyə malik çox güclü türk velosipedçisi vardı. Məşqçi izah etdi: onu məğlub etməyin yeganə yolu onun arxasınca hərəkət etmək və finişə yaxın sürətlə keçmək idi.

Mən bunu etdim. Mən adətən yüksək sürətli, tanış olmayan enişlərdə diqqətli oluram: məşqlərimin birində az qala 80 km/saat sürətlə trasdan uçacaqdım. Amma bu dəfə gözümün ucu ilə fərq etdim ki, rəqibim kəskin döngədə bir az yan tərəfə keçdi. Və bu zaman Musa qışqırdı: "Keç!" Düşündüm: "Nə olacaqsa, olacaq" - və risk etdim. Mən həmin təhlükəli döngədə onun yolunu kəsdim və bu, dönüş nöqtəsi oldu (gülümsəyir).

Təxminən 15 kilometrdən sonra arxada qalan rəqiblər artıq görünmürdü. İrəlidə sonuncu yoxuş qalırdı və mən orada bütün gücümü ortaya qoydum.

– Daha hansı velosiped yarışlarında iştirak etmisiniz?

– Cəmi iki ay əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə yarışlar keçirilirdi. Həvəskar olmağıma baxmayaraq, nəticələrim kifayət qədər yaxşı olduğu üçün məşqçi məni starta qoydu.

İlk gün 10 kilometr məsafəyə fərdi startda iştirak etdim. Üçüncü gün isə 1500 metr dırmaşma ilə 120 kilometr məsafə qət etdim və layiqli nəticə göstərdim. Bu yarışlarda gənc velosipedçilər də qeydiyyatdan keçiblər, amma hansısa səbəblərdən starta çıxmayıblar. Sonunda birinci mən gəldim (gülür). Düzünü desəm, onların nədən qorxduğunu bilmirəm – məndən, qarşı əsən küləkdən, yoxsa hündürlükdən (gülür). Amma fakt faktlığında qalır: peşəkarlara qarşı çıxmaqdan qorxmadım.

– Gəlin sizi bu idman növünə aparan yolun başlanğıcından danışaq: velosiped sürməyə həvəsiniz necə başladı?

– Velosiped idmanına 12 yaşımda gəlmişəm və hətta Azərbaycan millisinin üzvü olmuşam. Güclü məşqçilərim olub. Gənc yaşıma baxmayaraq, məni beynəlxalq yarışlarda iştiraka göndərdilər (gülür). Amma sonra bu idmanı tərk etdim və 32 il ümumiyyətlə velosipedə oturmadım.

Daha sonra Bakıda "IronWind" triatlonu keçirilməyə başladı (klassik "Ironman" məsafəsinin yarısı: 1,9 km üzgüçülük, 90 km velosiped və 21,1 km qaçış). Yenidən cəhd edib bu idmana qayıtmaq istəyirdim. Velosiped aldım, cəmi üç həftə üzgüçülük üzərində işlədim və yarışdım. İlk dəfə triatlonçular arasında üçüncü yeri tutdum. Keçən il yenidən startda iştirak etdim, mütləqdə dördüncü, öz kateqoriyamda isə birinci oldum. 2025-ci ildə isə peşəkarlarla yarışdım və ümumi kateqoriyada ikinci yeri tutdum.

- Velosiped idmanına qayıtmağınıza ailəniz necə reaksiya verdi?

- Qərarımı tam dəstəklədilər (gülür). Anam həmişə deyir: "Sadəcə ehtiyatlı ol". Qızlarım Safiya və Nikol seçimimi sevinclə qəbul etdilər və anaları ilə fəxr edirlər.

– İdmana olan sevginizi qızlarınız bölüşürmü?

– Bəli, amma hələlik velosiped sürməyə maraq göstərmirlər. Amma onlar qarışıq döyüş növlərinə maraq göstərirlər. Məsələ burasındadır ki, mən 13 ildir MMA ilə məşğulam. Mənim kikboksinq və taekvondo üzrə qara kəmər, həmçinin ciu-citsu üzrə mavi kəmərim var. Bundan əlavə, mən qarışıq döyüş növləri üzrə məşqçi idim.

Dörd il əvvəl zədə səbəbindən döyüş komandasını tərk etməli oldum. Karyeram ərzində Britaniya və Şotlandiya komandaları üçün yarışmağı bacardım, Beynəlxalq İrlandiya Çempionu oldum və Saltires-i təmsil etdim. Qızlarım bu idman növündə mənim işimi davam etdirdilər (gülür).

- Bəs qaçış? Siz də ultramarafonlarda iştirak edirsiniz...

– Yeri gəlmişkən, mən qaçışla məşğul olmağa o vaxt yaşadığım Şotlandiyada başlamışam. Bir dəfə Nikol mənə dedi ki, rəfiqəsinin anası yarım marafon və ultramarafonda qaçır. Məndən soruşdu ki, sən də bunu edə bilərsən? Mən bunu sınaqdan keçirmək qərarına gəldim və ilk yarı marafonumu keçirdim (gülür). Sonra dağların arasından keçən daha çətin "Glencoe" ultramarafonunda iştirak etdim.

Orada sonradan mənimlə dost olan insanlarla tanış oldum. Bunlar bir anda 100 kilometrdən çox məsafə qət edən ultramarafonçular idi. Onlar qədər qaçmasam da, döyüş idmanı məşqlərim sayəsində məsafələrə tab gətirə bildim və get-gedə qaçmağı sevdim (gülümsəyir).

Azərbaycana qayıdanda çox istəyirdim ki, qaçışa davam edim. Bir dostumdan öyrəndim ki, Bakıda ultramarafonlar keçirilir. İndi bizim öz rəsmi klubumuz var, "Ultra & Trail Runners" (UTR). Bu il onun üçüncü ildönümünü qeyd etdik! Bu gün komandamız Azərbaycanda dominant komandalardan biridir (gülür).

2023-cü ildə mən özüm Türkiyədə Efes Ultra Marafonunda - qədim Efes şəhərində keçirilən 120 kilometrlik yarışda iştirak etdim. Və mən Qafqazdan bu məsafəni qət edən ilk qadın oldum.

– Sizcə, bu gün Bakıda velosiped idmanı ilə məşğul olmaq və ya marafonlarda qaçmaq istəyən çoxlu qadın varmı?

– Bəli, kifayət qədər çox. Məsələn, bizim Bakı Marafonunu götürsəniz, iştirakçıların qadın hissəsinin nə qədər fəallaşdığını görə bilərsiniz. Eyni şey velosiped sürməyə də aiddir: indi startda əvvəlkindən daha çox zərif cinsin nümayəndələri var. Əlbəttə ki, irəliləyiş nəzərə çarpır və bu əladır!

Ümumiyyətlə, indi ölkədə daha çox velosipedçi və qaçışçı var. Xüsusilə, insanlar şəhərdə və ya bulvarda fəal şəkildə məşq edirlər. Bundan əlavə, idman həvəskarlarını birləşdirən icmalar yaranıb.

– Bir növ, sizin səyləriniz sayəsində Xankəndi-Bakı ultramarafonu baş tutdu...

– Məsələ ondadır ki, biz hazırda "ZAFAR RUN CLUB" adlanan icmaya ümummilli lider Heydər Əliyevin şərəfinə bulvarda ilk 100 kilometr məsafəyə yürüşün təşkilinə köməklik göstərmişik. Beləliklə məlum olub ki, Azərbaycanda ultramarafonçular var və tezliklə dövlət Xankəndidən Bakıya ilk rəsmi yarışı təşkil edib. Yeri gəlmişkən, mən də orada iştirak etmişəm.

- Yaxın gələcək üçün planlarınız nədən ibarətdir?

– Sentyabrın 13-də komandamız Qari Kantrell tərəfindən əsası qoyulmuş beynəlxalq ekstremal ultramarafonlardan biri olan Backyard Ultra yarışında iştirak edəcək. Ümid edirəm ki, əla nəticələr əldə edəcəyik (gülür).

Bundan əlavə, "Gənc Peşəkar Velosipedçilər" komandamız daha bir beynəlxalq yarışda iştirak etməyi planlaşdırır. Əgər ilk üçlüyə düşə bilsək, bu, avtomatik olaraq dünyanın ən nüfuzlu şosse çoxgünlük velosiped yarışlarından biri olan "Tour de France"a yol açacaq. Mən ora düşməyi çox istərdim (gülür).

Məşqçimlə mən də ən azı bir dəfə Full Ironman yarışında - 3,8 km üzgüçülük, 180 km velosiped yarışı və 42,2 km marafon qaçışından ibarət triatlon məsafəsində iştirak etməyi arzulayırıq. Artıq Azərbaycan təmsilçiləri bu yarışlara müraciət ediblər, ona görə də birinci olmayacağıq, amma ən yaxşı nəticəni göstərməyə çalışacağıq (gülür). Bu turnir gələn il Barselonada keçiriləcək və biz buna çox ciddi yanaşırıq.

– Uzun müddətdir ki, velosiped sürmək və ya qaçışda özünü sınamaq barədə düşünən, lakin hələ qərara gəlməmiş gənc qızlara nə demək istərdiniz?

- Hər şeydən əvvəl qorxmaq lazım deyil. Məsələn, velosiped yarışlarından danışırıqsa, yıxıldıqdan sonra belə təslim olmamaq, yenidən velosipedə minmək və öz üzərində işləməyə davam etmək vacibdir. Eyni şey qaçmağa da aiddir: qorxmayın, məsafəni tədricən artırın və gücünüzü möhkəmləndirin.

Yeri gəlmişkən, indi yeni başlayanlara həqiqətən kömək edən komandalar var. Əgər siz velosiped idmanı ilə maraqlanırsınızsa, "Gənc peşəkar velosipedçilər" cəmiyyətimizlə əlaqə saxlayın – biz həftə sonları həvəskarları dəstəkləyirik. Əgər qaçışla məşğul olmaq istəyirsinizsə, mənim UTR komandam sizə sıfırdan başlamaq və nəhayət böyük zirvələrə çatmaqda kömək edəcək.

Əsas odur ki, qorxmayın və məqsədinizə doğru gedin. Düzgün məşq etsəniz, hər şey mütləq alınacaq (gülür).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Oxşar xəbərlər