top
Millimizi analiz etmək üçün gecəni yatmayıblar - ikinci mərhələdən nə gözləmək olar? Idman.biz
05 iyun 2025, 18:00
- ↺ +

Millimizi analiz etmək üçün gecəni yatmayıblar - ikinci mərhələdən nə gözləmək olar?

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Qızıl Liqasının startındakı uğursuzluq seriyasını dayandıracağına ümid edir. Bakıda Macarıstan və Sloveniya ilə oyunlarda eyni 0:3 hesabı ilə məğlub olan yığmamızı Bratislavada həlledici qarşılaşmalar gözləyir. Məhz bu görüşlər komandanın hazırda yüksək hədəflərə nail ola bilib-bilməyəcəyinə aydınlıq gətirəcək.

İdman.biz xəbər verir ki, Faiq Qarayevin yetirmələri iyunun 6-da meydan sahibləri ilə qarşılaşacaqlar.

Slovakiya komandası Avropa Qızıl Liqasına Yunanıstana məğlubiyyətlə başlasa da, ardınca Xorvatiyaya qlaib gəlib. Komandanın baş məşqçisi Mixal Maşek Azərbaycanla qarşılaşma ərəfəsində rəqibi çox ciddi şəkildə analiz etdiklərini bildirib: "Köməkçilərimlə birlikdə gecə saat 3-ə qədər Azərbaycan komandasını analiz etdik. Bu, hündür boylu oyunçuları olan keyfiyyətli bir komandadır. Evdəki ilk oyunumuza yaxşı hazırlaşmaq bizim üçün çox vacibdir. Hələ növbəti rəqibimiz Monteneqro ilə bağlı tam təhlil aparmamışıq, amma bunun üçün vaxtımız olacaq".

Maşek əlavə edib ki, turnirin ilk oyununda Yunanıstana 0:3 hesablı məğlubiyyət komandası üçün "yaxşı dərs" olub: "Lakin uğursuz başlanğıcdan sonra komandamız toparlandı və Xorvatiyaya qalib gəldi. İnanıram ki, bu, bizim üçün vacib olan evdəki oyunlarda öz bəhrəsini verəcək. İnanıram ki, tribunalarda çoxlu azarkeş olacaq və Azərbaycan və Monteneqro ilə oyunlarda uğurlu çıxış edəcəyik".

Slovakiya millisinin kapitanı Karin Paltuqova da uğurlu nəticə gözlədiyini bildirib: "Doğma meydanda oynamaq həmişə böyük şərəfdir. Bu matçlar daha emosional olacaq, əsl voleybol festivalı yaşanacaq. Biz qalib gələcəyik. Rəqiblərin bizim səviyyəmizdə olduğuna inanırıq. Azərbaycan və Monteneqro ilə oynamaq mümkündür. Taktiki, fiziki və mənəvi cəhətdən yaxşı hazırlaşmalıyıq".

Aydın məsələdir ki, voleybolçularımızı çox çətin oyunlar gözləyir. Bakıda keçirilən ilk görüşlər göstərdi ki, komandanın çoxlu problemləri var və bunları qısa müddətdə aradan qaldırmaq asan deyil. Bratislava mərhələsi öncəsi komandamızın passvericisi Yana Doroşenko qeyd edib ki, start oyunlarında, əsasən, taktiki səhvlər və qəbul zamanı yaşanan çətinliklər uduzmağa səbəb olub.

Bratislavada vəziyyəti düzəltmək və daha yaxşı çıxış etmək vacibdir. Çünki ilk turlardan sonra Azərbaycan millisi Avropa Qızıl Liqasında cədvəlinin sonuncu pilləsində qərarlaşıb və artıq qalib gəlmək vaxtıdır. Komandamız iyunun 6-da Slovakiya, ertəsi gün isə Monteneqro ilə qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Oxşar xəbərlər