top
Luna de Manqo: Azərbaycanda mənə özüm olmağa imkan yaradırlar Idman.biz
27 fevral 2026, 16:24
- ↺ +

Luna de Manqo: Azərbaycanda mənə özüm olmağa imkan yaradırlar

Azərbaycanda qadın voleybolçulardan ibarət "DH Volley" klubunun italiyalı voleybolçusu İleniya Luna de Manqo voleybol üzrə Azərbaycan Yüksək Liqasının 15-ci turunda "Gəncə"yə qarşı keçirilən (3:2) oyunu şərh edib.

İdman.Biz-ə danışan legioner bildirib ki, matçın əvvəlində komanda yoldaşının zədələnməsi onları çətin vəziyyətə salıb: "İlk iki setdə toparlanmaq çətin idi. Amma sonra özümüzə gəldik və mövsüm boyu göstərdiyimiz oyunu sərgilədik".

Onun sözlərinə görə, özü də əvvəlcə oyuna uyğunlaşmaqda çətinlik çəkib:

"Sonra anladım ki, hamımız fəallaşmalıyıq. Öz-özümə danışdım, diqqətimi topladım və qələbəyə töhfə verə bildim. Xüsusilə ötürücümüzlə əlaqəmiz möhtəşəm idi".

İtaliyalı voleybolçu çətin anlarda özünü necə motivasiya etdiyini də açıqlayıb: "Təmiz havada gəzməyi, sakit yerdə tək qalmağı və uğurlu anlarımı xatırlamağı sevirəm. Əks halda, mənfi düşüncədən çıxmaq çətin olur".

Luna de Manqo ilk dəfədir ki, peşəkar səviyyədə və Azərbaycanda çıxış edir. O, çempionat barədə təəssüratlarını bölüşərək rəqabətin yüksək olduğunu, komandaların güclü təsir bağışladığını vurğulayıb və Bakıda özünü rahat hiss etdiyini deyib.

"ABŞ-dakı universitet liqası ilə müqayisədə burada mühit tam fərqlidir. Mən orada komandanın ən təcrübəlilərindən idim, burada isə ən gənclərdənəm. Amma məşqçilər heyəti mənə təzyiq göstərmir və özüm olmağa imkan yaradır", – deyə o əlavə edib.

İtaliyalı legioner Bakını və Azərbaycan mətbəxini də yüksək qiymətləndirib:

"Şəhər çox gözəldir, yeməklər möhtəşəmdir. İtaliya mətbəxindən fərqlidir – burada ədviyyat və ət daha çoxdur. Xaricdə yaşamağın sirri açıq fikirli olmaq və yeni şeyləri kəşf etməkdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Oxşar xəbərlər