Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatında beşinci tura start verilib.
İdman.Biz bildirir ki, tur "Dinamo" və "Azəryol" klublarının oyunu ilə başlayıb.
Matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb – 32:29.
Beşinci tur yanvarın 17-də keçiriləcək "Qarabağ" – "Təhsil" və "Bakı" – "Kür" qarşılaşmaları ilə davam edəcək.