top
Fərid Cəlalov Gümüş Avropa Liqası öncəsi itkilərdən, gənclərdən və hədəflərdən danışıb Report.az
03 iyun 2025, 15:26
- ↺ +

Fərid Cəlalov Gümüş Avropa Liqası öncəsi itkilərdən, gənclərdən və hədəflərdən danışıb

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalov Gümüş Avropa Liqasına hazırlıq məqsədi ilə Gürcüstanda keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

O, "Report"a açıqlamasında heyətdə itkilərin olduğunu bildirib.

Mütəxəssis komandaya gənc voleybolçular dəvət olunduğunu xatırladıb:

"Gürcüstan səfərinin komandamız üçün yaxşı olduğunu düşünürəm. Kapitanımız oynaya bilmir, bir çox itkilərimiz, zədəlilərimiz var. Onları bu il milliyə dəvət edə bilməmişik. Əvəzində heyətə MOİK-in, "Azərreyl"in gənc voleybolçuları cəlb olunub. Mirəşrəf Rzazadə, Vüsal Qurbanov, Hasil Seyidli ilk dəfə dəvət alıblar".

O, Gürcüstanda keçirdikləri yoxlama görüşləri haqqında da danışıb:

"Toplanış zamanı Gürcüstan millisi ilə ilk yoxlama matçında 3:0 hesabı ilə üstün olduq. İkinci matçda isə 3:2 hesablı qələbə qazandıq. Lakin bu, ilk oyuna nisbətən daha gərgin idi. Birinci gün əsas heyətlə oynadıqsa, ikinci matçda gənclərə üstünlük verdik. Yoldaşlıq oyunları olduğu üçün voleybolçuların açılışmasına şərait yaratdıq. Dəyişikliklərə gəlincə, Mirəşrəf və Vüsal ilk dəfə milliyə dəvət almalarına baxmayaraq əsas heyətdə yer alacaqlar".

F.Cəlalov Gümüş Avropa Liqasındakı hədəfləri də açıqlayıb:

"Əsas hədəfimiz gənclərin təcrübə qazanması və inkişafıdır. Çalışacağıq çempionatda öz yerlərini tutsunlar və klublarda əsas heyətdə yer alsınlar. Millinin heyətində təcrübə qazanmaqla daha gözəl nəticə əldə etsinlər. Təbii ki, bununla yanaşı rəqiblərin hər birinə gücümüzü göstərməyə çalışacağıq. Heç kimin uduzmaq fikri yoxdur. Çünki biz Azərbaycanı təmsil edirik. Gürcüstan və Farer Adaları milliləri üzərində qələbə qazana biləcəyimizi düşünürəm. Digər rəqibləri də istisna etmirəm. Ümumiyyətlə komanda daha çox oyun keçirməlidir. Çünki kollektiv gəncləşdirilib. Keçən ilə nisbətən daha yaşlı oyunçuların sayı azalıb. 25-30 yaş arasında olan oyunçularımızın sayı çox deyil. Yalnız kapitanımızın, Andrey Melnikovun və Dmitri Baranovun yaşı 30-dan çoxdur. Təbii ki, bu səbəblərdən keçən ilə nisbətən komandamızda geriləmə var. Zəiflik göz qabağındadır. Komanda yenilənib və daha təcrübəsiz oyunçular cəlb olunub. Onlar təcrübə qazanana qədər məğlubiyyətlərimiz, geriləmələrimiz ola bilər. Düşünürəm ki, önümüzdəki illərdə çatışmazlıqlar aradan qalxacaq. Həmçinin alt yapıda gənc voleybolçular da var, məşqlərini izləmişik. Aralarında boyu hündür olan, potensiallı uşaqlar çoxdur. Gələcəkdə milliyə kömək edə bilərlər. Bütün bunları nəzərə alaraq məşqçi kimi düşünürəm ki, 5 il sonrakı komandamız, 8-10 il əvvəlki kollektivə nisbətən daha üstün ola bilər".

Qeyd edək ki, Azərbaycan Gümüş Avropa Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Oxşar xəbərlər