top
Famil Ağayev: Əsəblər çox gərgindir, mövsüm boyu əldə etdiklərini bir anda itirirsən - MÜSAHİBƏ Idman.biz
25 aprel 2025, 15:48
- ↺ +

Famil Ağayev: "Əsəblər çox gərgindir, mövsüm boyu əldə etdiklərini bir anda itirirsən" - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət "Abşeron" klubunun baş məşqçisi Famil Ağayevin İdman.biz-ə müsahibəsi

- Yüksək Liqanın ikinci final oyununda çempionluğu əldən verdiniz. Matçı necə dəyərləndirirsiz?

- Çox pis.

- İlk matçda 3:0 hesabı ilə qalib gəlsəz də, ardınca eyni hesabla uduzduz və "Qızıl set"də də "Azərrel" üstün oldu. Sizcə, oyununuz niyə alınmadı?

- Bir neçə səbəb var. Əvvəla, mövsümdə "Azərreyl"lə beş dəfə qarşılaşmışıq. Bu matçların hamısından qalib ayrılmışıq. Finalın ikinci qarşılaşmasından da öncə düşündük ki, ilk görüşdə 3:0 qələbə qazanmışıq, bu dəfə iki set də bizə bəs edəcək. Bəlkə də dünənki məğlubiyyət məhz bu arxayınlığın nəticəsidir. Üstəlik, komandamızda stress, həyəcan vardı. Məsələn, birinci seti uduzduq, o məyusluqla da ikinci hissədə oyunun gedişatını itirdik. "Azərreyl" də bundan çox yaxşı istifadə etdi. İstər müdafiədə, istərsə də hücumda fərqlənməyi bacardı. Düşünürəm ki, həm arxayınlıq, həm də həyəcan məğlubiyyətin əsas səbəbləridir. Üstəlik, başqa zalda oynayırdıq. Bu, qətiyyən bəhanə deyil, gedişata təsir edən əsas faktorlardan biridir.

- Oyunun əldən getdiyini gördükdən sonra aparıcı voleybolçulara istirahət verib "Qızıl set"ə fokuslanmaq olmazdı?

- İlk iki hissədə məğlub olanda belə "Qızıl set" haqda düşünmürdüm. İstəyirdim ki, oyunun gedişatında vəziyyəti dəyişək. "Qızıl set" elədir ki, hər iki tərəf bir anın içində qalıb də gələ bilər, nəticə etibarilə cəmi 15 xaldır. Orada da "Azərreyl" çox yaxşı oynadı.

- Məğlubiyyətdən sonra klub rəhbərliyi ilə söhbətiniz oldu?

- Xeyr, heç bir söhbətimiz olmayıb. Hazırda əsəblər çox gərgindir.

- Artıq "Abşeron"la müqavilənizin bitdi. Komandanın "sükanı arxası"nda qalacaqsız, yoxsa yollar ayrılacaq?

- Komandadan ayrılacağıma dair hər hansı söhbətimiz olmayıb. Bu idmandır, udmaq da var, uduzmaq da. Finaldan öncə növbəti mövsümün proqramı ilə bağlı müzakirələrimiz olmuşdu. Yəqin ki, yaxın günlərdə rəhbərliklə görüşəcəyik.

- Ümumiyyətlə, gələcək karyeranızla bağlı nə düşünürsünüz?

- Yaxın müddətdə milli komandanın oyunları başlayır. Orada Faiq Qarayevin köməkçisi vəzifəsində çalışıram və qarşıda bizi Qızıl Avropa Liqası yarışı gözləyir.

- Bəs gümüş medalçı "Abşeron"un avrokubokda iştirakı rəsmiləşib?

- Məğlubiyyətdən sonra bu haqda danışmaq tez olar. Bunu zaman göstərəcək. Klub rəhbərliyi istəsə, avrokuboklara gedəcəyik.

- Voleybolçunuz Ecem Aknam ikinci final oyunundan sonra verdiyi açıqlamada vurğuladı ki, uduzmağınıza baxmayaraq, mövsüm çox uğurlu alınıb. Onunla razısınız?

- Bu mövsüm çox yaxşı çıxış etdik və qazandığımız nəticələrə görə digər komandalardan fərqlənməyi bacardıq. Azərbaycan kubokunu qazandıq, mövsüm də bizim üçün kifayət qədər uğurlu keçdi. Ölkə çempionatında cəmi iki oyun uduzmuşuq. Bu, çox yaxşı nəticədir. Ancaq təəssüf ki, çempionatda qazanılan qələbələrdən asılı olmayaraq, əsas məsələ final oyunudur. Orada uduzursansa, bütün mövsüm boyu qazandıqlarını bir anda itirirsən. Necə ki, dünən biz bunu yaşadıq.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər