top
Faiq Qarayev: Qadın voleybolu, uğurlar və məşqçi tövsiyələri Idman.biz
02 mart 2026, 12:02
- ↺ +

Faiq Qarayev: Qadın voleybolu, uğurlar və məşqçi tövsiyələri

"Mən həmişə qadın voleybolçularla çalışmışam və buna görə heç vaxt peşman olmamışam".

İdman.Biz xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun "Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer" adlı birinci panel iclasında deyib.

F.Qarayev qadın voleybolçularla birlikdə əldə etdiyi uğurları xatırladaraq bildirib: "Bu nailiyyətləri biz birlikdə qazandıq. Dünya və Avropa səviyyəli turnirlərdə iştirak etmişik. Həm yerli, həm də xarici idmançılarla işləmək imkanım olub. Forumda iştirak edən gənc həmkarlarıma isə deyə bilərəm ki, məşqçilər yalnız idmançının hazırlığı ilə məşğul olmalı, onların şəxsi həyatına müdaxilə etməməlidirlər. Təcrübəmiz nə qədər çox olsa da, biz xarici təlimlərdə iştirak etməyə və yenilikləri öyrənməyə davam edirik".

Baş məşqçi qadınlarla işləyən məşqçilərin diqqət etməli olduğu nüansları da vurğulayıb: "Ulduz voleybolçular yetişdirmişik. Amma eyni zamanda, potensiallı 20-30 idmançını itirmişik. Onlar ailə və ya digər səbəblərə görə idmandan uzaqlaşmağı seçiblər".

F.Qarayev əlavə edib ki, məşqçilər də fiziki hazırlıqla məşğul olmalıdır: "Əks halda yüksək nəticə əldə etmək çətindir. Digər önəmli məqam isə odur ki, məşq prosesi maraqlı olmalıdır. Həm məşqçi, həm də idmançı məşqdən həzz almalıdır. Əks halda idmançı məşqlərə gəlmək istəməyəcək və yayınmağa çalışacaq. Bütün bunlar yalnız voleybol üçün deyil, bütün idman növlərinə aiddir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 10:23

Həbib Nurməhəmmədov BƏƏ-də Mercedes‑Benz G‑Class idarə edərkən gülümsədi

Futbol
Bu gün, 10:20

Bavariya Maykl Olise üçün 200 milyon avrodan çox transfer qiyməti təyin etdi

Futbol
Bu gün, 10:08

Holanda 1/4 final mübarizəsində, Portuqaliya Ronaldusuz qələbə axtarır, Dyokeresh qol seriyasını uzatmağa çalışır

Futbol
Bu gün, 10:03

Bavariya futbolçusu Alfonso Deyvis sol budun arxa əzələsində yaralanma yaşadı

Futbol
Bu gün, 10:00

Elgiz Abbasov: Dünya təcrübəsini Azərbaycan futboluna inteqrasiya etmək planı

Futbol
Bu gün, 09:53

Luis Figo FIFA prezidenti seçkilərində Infantinoya rəqib ola bilər

Futbol
Bu gün, 09:40

Milan və Juventus Baloqun transferini hədəfləyir

Futbol
Bu gün, 09:38

Arsenal, David Raya və Piero Inka ilə müqavilə uzatmaq üzərindədir;

Basketbol
Bu gün, 09:23

Qadın basketbolçuları İslandiya ilə ikinci turda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mançester Yunayted, Newcastle müdafiəçisi Luis Holu ilə qış transferinə maraq göstərdi

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Futbol
Bu gün, 01:58

Niderland, 0-5 məğlubiyyətlə Almaniyadan əliboş qayıdır

Futbol
Bu gün, 01:43

Sessi D'Almeydan 90+3 dəqiqədə golları ilə Beninə qarşı qələbəni qazanır

Oxşar xəbərlər