top
Faiq Qarayev: Milli komandanı yenidən yüksək səviyyəyə qaytarmaq strateji vəzifəmizdir Idman.biz
07 may 2026, 11:07
- ↺ +

Faiq Qarayev: Milli komandanı yenidən yüksək səviyyəyə qaytarmaq strateji vəzifəmizdir

Voleybol üzrə Avropa Liqasının başlamasına bir aydan da az vaxt qalıb. Azərbaycan qadın millisinin bu turnirdəki çıxışı evdə keçiriləcək Avropa çempionatı öncəsi ciddi yoxlama xarakteri daşıyacaq. Elə buna görə də heyətə müxtəlif səbəblərdən son Avroliqalarda iştirak etməyən təcrübəli voleybolçular cəlb olunub.

İdman.Biz xəbər verir ki, Voleybol üzrə Avropa Liqası ənənəvi olaraq komandalar üçün gənc oyunçuları sınamaq baxımından mühüm turnir sayılır.

Azərbaycan millisi də müəyyən mənada bu xətti davam etdirir. Komanda üçün Avropa çempionatı öncəsi hazırkı potensialı qiymətləndirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki son illərdə Avroliqada nəticələr ürəkaçan olmayıb - millimiz əvvəlki mövsümdə səkkizinci, ötən il isə sonuncu pillədə qərarlaşıb.

Bununla belə, son illər ölkə çempionatında rəqabət daha da artıb, gənc voleybolçular daha çox oyun təcrübəsi qazanıblar. Beynəlxalq görüşlər isə hazırkı heyətin real gücünü müəyyənləşdirmək üçün yaxşı fürsət olacaq. Üstəlik, rəqiblər də kifayət qədər iddialıdır - İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə.

Millinin hazırlığında diqqətçəkən məqamlardan biri də təcrübəli liderlərin yenidən komandaya qoşulmasıdır. Uzun illər Macarıstan çempionatında çıxış etdikdən sonra Vətənə dönərək "Turan"la çempion olan Ayşən Əbdüləzimova yenidən millinin düşərgəsindədir. İki illik fasilədən sonra Yelizaveta Ruban da komandaya qayıdıb. O, Rusiyanın "Leninqradka" klubunda uğurlu mövsüm keçirib. Bundan başqa, Rusiyada "Omiçka"nın formasını geyinmiş ötürücü Kristina Besman da heyətdə yer alıb.

Avropa çempionatına qədər döyüşkən və rəqabətədavamlı kollektiv formalaşdırmaq federasiyanın əsas məqsədlərindən biridir. Faiq Qarayevin rəhbərlik etdiyi milli məhz bu baxımdan hazırlığın vacib mərhələsinə daxil olur. Komanda hələ formalaşma prosesindədir və Avroliqa oyunları futbolçuların hazırkı durumunu qiymətləndirmək üçün mühüm göstərici olacaq.

Turnirin formatında isə ötən illə müqayisədə dəyişiklik edilməyib. Oyunlar yenə bir neçə həftəsonunu əhatə edəcək. Azərbaycan millisi yarışa evdə başlayacaq - komandamız iyunun 5-də İsveç, 7-də isə Estoniya ilə qarşılaşacaq.

Daha sonra millimizi İspaniyaya səfər gözləyir. Komanda iyunun 12-də Şimali Makedoniya, iyunun 13-ü isə meydan sahibləri ilə üz-üzə gələcək.

Növbəti mərhələ Skopyedə keçiriləcək. İyunun 19-da İsrail yığması ilə qarşılaşacaq komandamız, Növbəti gün İsveçrə ilə oynayacaq. Bu görüş qrup mərhələsində millimizin son oyunu olacaq.

Millinin gələcək planları ilə bağlı İdman.Biz-ə açıqlama verən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev komandanın əsas hədəfinin yenidən yüksək səviyyəyə qayıtmaq olduğunu bildirib:

"Bizim strateji vəzifəmiz millini yenidən yüksək səviyyəyə qaytarmaqdır. Klublar da düzgün istiqamətdə çalışsalar, üç-dörd ildən sonra ciddi irəliləyişin şahidi olacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər