top
Faiq Qarayev: “Heç kimlə problemim yoxdur” İdman.biz
07 may 2024, 13:33
- ↺ +

Faiq Qarayev: “Heç kimlə problemim yoxdur”

"Hazırlıqlar yaxşı gedir. Amma vaxt çox azdır. Ölkə çempionatı bitəndikdən sonra 1 həftə vaxtımız var. Mayın 9-u isə Sloveniyaya yola düşürük".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis bu gün keçirdiyi brifinqdə bildirib ki, Qızıl Avropa Liqasına hazırlıqlar yüksək səviyyədə keçir: "Yığmaya qayıtmağımın bir səbəbi var. O da Azərbaycanda voleybolun inkişaf etməsidir. Bizim də bir qədər təcrübəmiz var. Hazırlıqlara başlamışıq. Millidə nə qədər gənc olduğunu görürsüz. 2026-cı ildə bizə lazım olan oyunçular dəvət alacaqlar. Onların çoxunun çempionatları hələ yekunlaşmayıb. Ona görə qərara gəldik ki, gəncləri hazırlamağa başlayaq. Amma indidən qalibiyyət haqqında danışmaq tezdir. Oyunçularımız gəncdirlər. Çoxu heç klublarında həmişə oynamırlar. Amma uduzmaqdan qorxmamalıyıq. Çünki hədəfimiz 2026-cı ildə keçiriləcək Avropa çempionatıdır".

O bildirib ki, daha güclü olmaq üçün hələ bir qədər vaxt var: "Xarici klublarda oynayan gənc voleybolçularımızı qaytarmaq lazımdır. Onlar növbəti mövsümdə Azərbaycan klublarında oynamalıdırlar. Federasiyanın əsas hədəfi də məhz budur ki, legioner həyatı yaşayan gəncləri Azərbaycana qaytaraq. Məşqlər yaxşı keçir. Amma bunlara böyümək üçün ən azı 1 il vaxt lazımdır. Bu əlimdən keçən 5-ci və ya 6-cı nəsildir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanda voleybol inkişaf etsin. Çoxu indi kömək lazım olanda Faiq müəllim deyir. Amma başqa məşqçilərimiz də var. Onlar da böyüyür. Biz yaşlanırıq. Onlar bizim yerimizi tutacaqlar. Sadəcə, məşqçilərə və voleybolçulara uğurlar arzulayıram. Arzum odur ki, Azərbaycanda voleybol öz yerini tapsın".

64 yaşlı mütəxəssis bildirib ki, AVRO-2026 üçün heyət yığıldıqda güclü oyunçulardan heç kim diqqətdən kənar qalmayacaq: "Elə bir insanam ki, heç kimlə problemim yoxdur. Odina Əliyevanı da çox istəyirəm. Onları mən böyütmüşəm. Hansı oyunçu lazım olacaqsa, o da oynayacaq. Orda Polina Rəhimova, Liza Ruban, Ayşən Əbdüləzimova da var. Bu voleybolçuların hamısı qızıl fonddur. Biz gəncləri yığdıq ki, AVRO-2026-ya bu cavanlarla onları kompleks edək. Məqsədimiz budur. Qızıl Avropa Liqası güclü turnirdir. Xorvatiya, Slovakiya, İsveç, Rumıniya çox güclü rəqiblərdir. Amma döyüşmək, uduzmaqdan qorxmamaq lazımdır. Məqsəd bu gənclərlə təcrübəliləri bir araya toplamaqdır. Yəqin onda ortaya yaxşı komanda çıxacaq".

Qeyd edək ki, millimiz mayın 17-də ilk oyunda Xorvatiya ilə üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər