top
Ebrar Karakurt: Oyun meydanında emosional və bəzən sərt təsir bağışlasam da, əslində çox kövrək biriyəm - MÜSAHİBƏ Idman.biz
15 may 2025, 12:38
- ↺ +

Ebrar Karakurt: "Oyun meydanında emosional və bəzən sərt təsir bağışlasam da, əslində çox kövrək biriyəm" - MÜSAHİBƏ

2023-cü ildən Kalininqrad "Lokomotiv"ində çıxış edən tanınmış türkiyəli voleybolçu Ebrar Karakurtun Rusiyanın "chempionat.com" saytına müsahibəsi

İdman.biz xəbər verir ki, iki gözəl mövsümdən sonra müasir dövrün ən parlaq voleybolçularından biri olan Ebrar Karakurt Rusiyadan ayrılır.

Rusiya çempionatına qasırğa kimi daxil olan türkiyəli diaqonal oyunçusu təkcə fantastik çıxışı ilə deyil, həm də emosiyalar seli ilə hamının qəlbini fəth edib.

Ebrar ardıcıl iki mövsüm liqanın ən məhsuldar oyunçusu olub. Ölkə çempionatı və kubokundakı qələbələr isə türkiyəli oyunçunun Rusiyadakı çıxışına gözəl bir yekun vurub.

– Ebrar, "Lokomotiv" həm Rusiya çempionu, həm də kubokun qalibi oldu. Üstəlik, sən ölkə kubokunun MVP-si seçildin. Rusiya Superliqası ilə vidalaşmaq üçün bundan yaxşı üsul tapmaq olmazdı.

– Tamamilə razıyam! Mövsümü iki titul və MVP adı ilə başa vurmaq – vidalaşmaq üçün ideal nəticələrdir. "Lokomotiv"də keçirdiyim hər saniyə mənim üçün çox şey ifadə edir. Bu fəsli belə uğurla bitirmək məmnunluq hissi verir. Bu mövsüm göstərdi ki, əgər birlikdə bir yumruq ola bilsək və sona qədər mübarizə aparsaq, nələrə qadir ola bilərik.

– Ebi, finalda göz yaşların hər kəs üçün sürpriz oldu. Hamı səni güclü, bəzən hətta sərt biri kimi tanıyır. Amma bu dəfə tamam fərqli emosiyalar gördük. Belə hallar tez-tez olur?

– İnsanlar məni meydanda emosional və bəzən bir az kobud kimi görürlər, amma əslində çox həssas biriyəm. Keçən il çempionluğa çox yaxın idik, amma bacarmadıq. Bu il isə finalda yenidən geri düşdükdən sonra, açığı, çox az adam inanırdı ki, biz geridönüş edə bilərik. Amma biz bacardıq. Komanda olaraq inanılmaz bir oyun göstərdik və mümkünsüzü reallaşdırdıq. Nəhayət, qalib gələndə, düzünü desəm, özüm də inanmırdım. O anda emosiyalar üstün gəldi – və mən sadəcə ağladım. Bu mənim üçün həqiqətən önəmli bir an idi.

– Ebi, fərdi göstəricilərə baxsaq, sən ikinci ildir ki, ən çox xal toplayan oyunçu olursan. Keçən mövsüm 794 xal, bu mövsüm isə yeni rekord – 849 xal. Bu səviyyəni necə qoruyursan? Sirlərini bizə də açıqla.

– Heç bir gizli formul yoxdur (gülümsəyir). Sadəcə çox çalışmaq və sabitlik lazımdır. Hər oyuna tam hazır olmağa çalışıram və bütün diqqətimi buna cəmləyirəm. Rəqibin kim olması mənim üçün fərq etmir. Öz imkanlarımın hüdudlarını aşmağa və komanda üçün əlimdən gələn hər şeyi etməyə köklənirəm.

– Rusiyada keçirdiyin iki il barədə nə deyə bilərsən? Hansı parlaq anları qeyd edərdin?

– Birinci il adaptasiya oldu – yeni mədəniyyət, dil, mühit. İkinci il isə sıçrayış ili oldu. Həm idmançı, həm də insan kimi çox böyüdüm. Rusiya mənə dözümlülük öyrətdi və unudulmaz xatirələr bəxş etdi.

– Bir müsahibəndə demişdin ki, iki əsas məqsədin var – Rusiya çempionluğunu və Olimpiadanın qızıl medalını qazanmaq. Birinci artıq reallaşıb. Bəs ikinci barədə nə deyə bilərsən? Bəlkə başqa hədəflərin də var?

– Biz 2024-cü il Olimpiya Oyunlarında əlimizdən gələni etdik, amma dördüncü olduq. Bu bizim üçün faciə idi. Amma əminəm ki, hələ uzun yolun başlanğıcındayıq. Növbəti Olimpiadaya yalnız bir məqsədlə gedəcəyik – qızıl medalları qazanmaq. Bu, milli komanda səviyyəsində ən böyük arzumdur – qeyd-şərtsiz.

Klub səviyyəsində isə "Lokomotiv"lə çempionluq mənim üçün çox önəmli idi. Bunu çox istəyirdim. Komandaya borclu olduğumu hiss edirdim. Aramızda güclü emosional bağ var - və qürur duyuram ki, bunu bacardıq. İndi isə qitə səviyyəsində titul qazanmaq istəyirəm. Çempionlar Liqasının qalibi olmağı arzulayıram. Dünya çempionu titulunu qazanmaq istəyirəm. Arzularımın sərhədi yoxdur və daha çox uğura imza atmağa davam etmək istəyirəm. Arzularım içimdəki həyat eşqini və coşğunu qoruyur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Oxşar xəbərlər