top
Dmitri Baranov: Cənubi Amerika Kubokunda dünya səviyyəli oyunçulara qarşı oynamaq arzumdur Idman.biz
05 fevral 2026, 15:05
- ↺ +

Dmitri Baranov: Cənubi Amerika Kubokunda dünya səviyyəli oyunçulara qarşı oynamaq arzumdur

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov "Deportivo Murano" klubunun heyətində Çili çempionatının gümüş mükafatçısı olub. Bununla belə, mövsüm onun üçün başa çatmayıb - komandanı qarşıda Cənubi Amerika Kuboku gözləyir.

Mərkəz blokçu Cənubi Amerikadakı təəssüratları ilə İdman.Biz-ə müsahibəsində bölüşüb.

- Okeanın o tayındakı karyera mərhələniz kifayət qədər zəngin alınır. Çilidə oynamaq necədir?

- Çempionat ümumilikdə müsbət təəssürat yaratdı. Deyildiyi kimi, hər şərdə bir xeyir var. Uzun müddət liderlik edirdik, lakin final seriyasının ikinci oyununda rəqibimiz "Deportes Linares" mövsümdə bəlkə də ən yaxşı oyununu göstərdi. Komandamız isə təəssüf ki, ilk matçdakı qələbədən sonra bir qədər eniş yaşadı. Nəticədə gümüş medalla kifayətləndik. Bununla belə, ümidsizliyə əsas yoxdur – bu, dəyərli təcrübədir. Daha əvvəl də dediyim kimi, Çili çempionatına digər ölkələrdən daha çox oyunçu cəlb olunmalıdır, federasiya isə səviyyənin yüksəldilməsi üçün klublara bu təşəbbüsləri reallaşdırmaqda kömək etməlidir. Burada rəqabət hələlik kifayət qədər yüksək deyil: ilk 4–6 komanda layiqli görünür, digərlərinə isə heyəti gücləndirmək üçün keyfiyyətli oyunçular çatışmır.

- Liqanın hansı xüsusiyyətlərini qeyd edə bilərsiniz, peşəkar baxımdan özünüz üçün nə götürdünüz?

- Turnirin əsas xüsusiyyətlərindən biri qeyri-adi təqvim idi. Oyunlar hər 3–4 gündən bir keçirilirdi, dörddəbir və yarımfinallar isə hər həftənin şənbə və bazar günləri olmaqla iki gün ərzində oynanılırdı. Bu görüşləri öz meydançamızda keçirirdik, final üçün isə səhər tezdən başqa şəhərə yola düşməli olduq. Çatdıq, nahar etdik, ağır beşsetlik oyun keçirdik, gecələdik və artıq səhər tezdən geri qayıtdıq ki, həmin gün ikinci final matçını oynayaq. Karyeram boyunca ilk dəfə belə formata rast gəldim. Adətən oyunlar arasında fasilələr olur, burada isə iki gün ərzində iki final qarşılaşması keçirməli olduq. Bu, rahat deyildi, komanda həlledici oyunlara xeyli yorğun çıxmışdı.

- Daha hansı qeyri-adi məqamları qeyd edə bilərsiniz?

- Yəqin ki, ilk üç yerin sahiblərinə təxminən bir metr hündürlüyündə nəhəng kubokların təqdim olunması. Digər bir xüsusiyyət isə döşəmənin örtüyüdür – plastikdir. Belə örtüyü Argentinada görmüşdüm, lakin bundan əvvəl başqa heç yerdə rast gəlməmişdim.

- Çempionat başa çatdıqdan sonra planlarınız nələrdir?

- Qarşıda Cənubi Amerika Kubokunda iştirak var. Oyunlar Braziliyanın Kampinas şəhərində keçiriləcək, tarixlər və rəqiblər artıq məlumdur. Meydan sahibləri "Voley Renata" və Argentinanın "San Lorenzo" klubu ilə eyni qrupa düşmüşük. Fevralın 24-də turnirə "Voley Renata"ya qarşı oyunla başlayacağıq. Bu komandada Braziliya millisinin tanınmış oyunçuları - Bruno Rezende və Maurisio Borjes, eləcə də Argentina millisinin üzvü Bruno Lima çıxış edir. Düşünürəm ki, istənilən voleybolçu üçün dünya səviyyəli klublara və aparıcı oyunçulara qarşı oynamaq bir arzudur. Mən yeniyetməlik illərimdən Braziliya millisinin voleybolçularına, xüsusilə mərkəz blokerlər - Lukas Saatkamp və Sidaoya heyran olmuşam.

- Təsəvvür edirəm ki, bu sizi çox ruhlandırır, yəqin həmin anı səbirsizliklə gözləyirsiniz?

- Argentina və Braziliya komandalarına qarşı oynamaq arzumun gerçəkləşməsidir. Bununla yanaşı, təkcə "Deportivo Murano"nu Kubokda layiqincə təmsil etmək yox, həm də fərdi olaraq özümü göstərmək vacibdir. Turnirdən sonra səni unutmamaları, təhlükəli mərkəz bloker kimi xatırlamaları üçün. Məqsədim 100 faiz gücümlə oynamaq, komandaya kömək etmək və çempionatın final mərhələsinə yüksəlməyə çalışmaqdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Oxşar xəbərlər