top
DH Volley Bakıda internat məktəbində voleybol meydançası inşa edib Sport24.az
17 aprel 2026, 16:07
- ↺ +

"DH Volley" Bakıda internat məktəbində voleybol meydançası inşa edib

"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib. Sport24.az xəbər verir ki, layihə çərçivəsində məktəbin həyətində müasir standartlara uyğun açıq voleybol meydançası inşa olunub.

 

Meydança yumşaq örtük, tor, dirəklər və zəruri idman avadanlıqları ilə tam təchiz edilib. Şagirdlərin oyunları rahat şəkildə izləyə bilmələri üçün tribunalar qurulub və oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları və iki hissəli forma dəstləri təqdim edilib.

 

Bununla yanaşı, şagirdlərin idman atmosferini daha yaxından hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması təşkil olunur. Bu təşəbbüs şagirdlərə peşəkar yarış mühitini hiss etməyə imkan yaradır, onların idmana marağını artırır, komanda ruhunu və motivasiyanı gücləndirir. Tədbirlərdən sonra şagirdlərin təhlükəsiz şəkildə məktəbə geri qaytarılması da təmin edilir.

 

Layihə yalnız şagirdlərin fiziki inkişafını deyil, həm də sosial bacarıqlarının formalaşmasını hədəfləyir. Bu təşəbbüs onların ünsiyyət qurmalarına, özünəinamlarının artmasına və sağlam həyat tərzi sürmələrinə töhfə verir.

 

"DH Volley" komandasının rəhbərliyi bildirir ki, bu kimi layihələr yalnız bu günü deyil, gələcəyi də formalaşdırır. İdmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı vurğulanır.

 

Layihənin gələcəkdə daha çox şagirdi əhatə etməsi və müxtəlif təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır.

 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər