Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı davam edir.
İdman.Biz bildirir ki, yarışın ilk iki günü ərzində ümumilikdə 37 qarşılaşma baş tutub.
Çempionat avqustun 4-də başlayıb.
Avqustun 6-da keçiriləcək oyunlardan sonra yarımfinala çıxacaq iştirakçılar müəyyənləşəcək. Həmin gün üçüncü yer uğrunda qarşılaşmalar da baş tutacaq. Final oyunları və mükafatlandırma mərasimi isə avqustun 8-də Bakı Su İdmanı Sarayında keçiriləcək.
Qeyd edək ki, ölkə çempionatının qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil edəcək.