top
Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır Idman.biz
Bu gün, 16:10
- ↺ +

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

"Göstərdiyimiz uğurlu nəticələrin səbəbi, əlbəttə ki, ilk növbədə məşqlərdən başlayır. Çünki artıq məşq prosesində qarşımıza qoyduğumuz məqsədi dəqiq bilir və bu prinsiplə çalışırıq. Bununla yanaşı, düşünürəm ki, komandanın xarakteri də böyük rol oynayır. Əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır".

Bu sözləri qadın voleybolçulardan ibarət "Turan" komandasının liberosu Ceyran İmanova CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa Plovdiv" klubuna 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, rəqibin yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb.

"İlk növbədə qeyd edim ki, komandamız təcrübəli oyunçulardan ibarətdir. "Maritsa"nın heyəti daha gənc voleybolçulardan təşkil olunsa da, düşünürəm ki, onlar çox yaxşı oyun nümayiş etdirdilər. Lakin dediyim kimi, həlledici məqamlarda təcrübə öz sözünü dedi. Belə qarşılaşmalarda hansı komanda daha az səhvə yol verirsə, üstünlük də onun tərəfində olur. Düşünürəm ki, setlərin sonlarında daha az səhv etməyimiz və inamlı oyunumuz qələbədə mühüm rol oynadı. Eyni zamanda, məşqçimizin verdiyi göstərişlər də bizə kömək oldu. Çünki o, kənardan oyunu daha yaxşı analiz edir, yol verdiyimiz səhvləri görür və bunları bizə çatdırır", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Voleybolçu cavab görüşü ilə bağlı gözləntilərini də bölüşüb:

"İlk oyunda qazandığımız qələbə artıq bir addım öndə olmağımız deməkdir. 3:0 hesablı qələbə isə cavab qarşılaşmasına daha rahat və inamlı hazırlaşmağımıza imkan yaradır. Bununla belə, növbəti oyuna da tam gücümüzlə hazırlaşacağımıza və yaxşı nəticə göstərəcəyimizə əminəm".

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Oxşar xəbərlər