top
CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi Idman.biz
Bu gün, 10:59
- ↺ +

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasında çıxış edən "Turan"ın uğuruna vurğu edib və Tovuz klubunun hədəflərini Azərbaycanın əfsanəvi komandalarının nailiyyətləri ilə müqayisə edib.

İdman.Biz xəbər verir ki, CEV bu barədə "Turan"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Maritsa" komandasını məğlub etməsindən sonra məlumat yayıb. Səfərdə keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Konfederasiya "Turan"ın üstün oyununu və komandanın meydandakı ahəngdar çıxışını xüsusi qeyd edib. Bildirilib ki, Tovuz təmsilçisi qələbəyə 81 dəqiqəyə nail olub. CEV əlavə edib ki, klub debüt mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün noyabrın 11-də keçiriləcək cavab oyununda istənilən hesabla qalib gəlməlidir.

CEV-in materialında "Turan"ın vaxtilə Avropanın ən güclü komandaları sırasında yer alan "Rabitə" kimi Azərbaycan klublarının yolunu davam etdirmək istədiyi vurğulanıb.

Qeyd edək ki, "Rabitə" Azərbaycan voleybol klubları arasında beynəlxalq arenada ən böyük uğurlara imza atan komandadır. Bakı təmsilçisi 2011-ci ildə klublararası dünya çempionatının qalibi olub, bir il sonra isə gümüş medal qazanıb. Bundan başqa, komanda 2011 və 2013-cü illərdə CEV Çempionlar Liqasının gümüş, 2014-cü ildə isə bürünc medalına sahib çıxıb.

Avropa turnirlərində fərqlənən digər Azərbaycan klubu "Azərreyl"dir. Bakı təmsilçisi 2002-ci ildə CEV Top Komandalar Kubokunun, 2011-ci ildə isə Çağırış Kubokunun qalibi olub.

CEV kişi voleybolu üzrə Çempionlar Liqasında debüt edən "Xilasedici"nin çıxışına da toxunub. Konfederasiyanın məlumatına görə, Azərbaycan klubunun Portuqaliya "Sportinq"i ilə ev oyununu 1500 azarkeş izləyib. Görüşdə 2:1 hesabı ilə önə keçən təmsilçimiz üstünlüyünü qoruya bilməyib və qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Xilasedici" ilə "Sportinq" arasında cavab görüşü noyabrın 11-də Portuqaliyada keçiriləcək. Məğlub olacağı təqdirdə Azərbaycan klubu mübarizəni CEV Kubokunda davam etdirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər