top
Braziliya çempionu olmuş azərbaycanlı voleybolçu: Yeganə arzum bayrağımızın daima zirvələrdə dalğalanmasıdır - MÜSAHİBƏ Report.az
06 may 2025, 14:56
- ↺ +

Braziliya çempionu olmuş azərbaycanlı voleybolçu: "Yeganə arzum bayrağımızın daima zirvələrdə dalğalanmasıdır" - MÜSAHİBƏ

"Osasko" klubunun heyətində Braziliya Kubokunun və çempionatının qalibi olan Azərbaycan voleybolçusu Polina Rəhimova "Report"a müsahibə verib. 35 yaşlı hücumçu qazandığı titullardan və Braziliyada üzləşdiyi xoşagəlməz durumdan danışıb. Yeni mövsümdən Yunanıstan çempionatında çıxış edəcəyini söyləyən Rəhimova Azərbaycan millisindəki karyerasına da toxunub.

- "Osasko"nun heyətində "qızıl dubl" etdiniz. Təəssuratlarınız necədir?

- Hisslərim qarışıqdır. Həm sevinc var, həm də bir az kədər. Çünki mən bu komandaya gələndə əsas heyətdə meydana çıxmalı idim. Buna uyğun da məşq edirdik. Lakin çempionat başlayanda məşqçi yerli oyunçunu əsas heyətə saldı. Mən də müəyyən oyunlarda və ya əvəzetmə ilə meydana çıxmalı oldum. Bununla belə, şans qazandığım müddətdə çalışdım ki, ən yüksək səviyyədə çıxış edim. Şükürlər olsun ki, bunu da bacardım. Az oynasam da, statistik göstəricilərim ən yaxşılardandır. Yaxşı oyun nümayiş etdirdiyim üçün çox şadam.

- Bu komandanı ölkənin ən güclülərindən hesab etmək olar?

- Bəli, bu komanda yaxşı oyunçulardan təşkil olunub. Mövsümün əvvəlində Paulista çempionatının qalibi olduq. Bu, region üzrə keçirilən yarışdır. Sonra ölkə kubokunda mübarizəni davam etdirdik. Burada 8 ən güclü komanda yarışırdı. Rəqiblərimizə qalib gələrək kuboku əldə etdik. Həmçinin mövsüm boyunca Braziliya çempionatında gərgin oyunlarımız oldu. Yarımfinalda güclü "Minas" komandası ilə qarşılaşdıq. Bu klubun heyətində məşhur voleybolçular yer alıblar. Həmçinin baş məşqçisi Nikola Neqro ilə bir neçə il əvvəl Azərbaycanda birgə çalışmışıq. "Minas" ardıcıl bir neçə il Braziliya çempionatının qalibi olub. Yarımfinalın ilk oyununda uduzmuşduq. Lakin növbəti 2 matçda qalib gələrək rəqibi mübarizədən kənarlaşdırdıq. Nəhayət, finaldakı rəqibimizi də üstələyərək Braziliya çempionatının qızıl medalına sahib çıxdıq.

- Çempion olduqdan sonra Azərbaycandan təbrik mesajları aldınız?

- Məni təbrik edən, dəstəkləyən hər kəsə təşəkkür edirəm. Olduqca çox təbrik mesajları alıram. Bütün azarkeşlərə minnətdaram. Qazandığımız nəticələr Azərbaycan voleybolunu yüksəklərə qaldırmağa xidmət edir. Çox şadam ki, mən də Azərbaycan voleybolunun inkişafına, tanınmasına kömək edə bildim. Tək istəyim odur ki, bayrağımız daim yüksəklərdə dalğalansın. Bu, çox vacibdir. Ölkə xaricində çıxış edən oyunçuların hər biri Azərbaycan voleybolunun inkişafı üçün çalışır.

- Braziliya çempionatı ilə Azərbaycan Yüksək Liqası arasında hansı fərqlər var?

- Açığı, elə bir ciddi fərqlər görmürəm. Hər iki çempionatda matçlar maraqlı məcrada keçir.

- Karyeranıza Yunanıstanda davam etdirəcəyiniz doğrudur?

- Artıq burada çempionat başa çatdı. İstirahət etmək istəyirəm. Bəli, növbəti mövsüm Yunanıstanın "Panionis" klubunda çıxış edəcəyəm. İnanıram ki, hər şey karyeram üçün uğurlu olacaq.

- Azərbaycan millisində çıxış etməyə davam edəcəksiniz?

- Milli komanda hər birimiz üçün çox vacibdir. Lakin bu il mən Avropa Qızıl Liqasında komandamıza kömək edə bilməyəcəyəm. Artıq yığma məşqlərə start verib və yeni gənc oyunçular komandaya cəlb olunub. Düşünürəm ki, qızlar yarışda yaxşı çıxış etmək üçün əllərindən gələni edəcəklər. Mən onlara inanıram və uğurlar arzulayıram.

- Azərbaycan Yüksək Liqasında "Azərreyl" çempion oldu. Görüşləri izləmək vaxtınız olurdu?

- "Azərreyl"i çempionluq münasibətilə təbrik edirəm. Çempionatda azarkeşlik etdiyim xüsusi bir komanda yox idi. Əksinə, sevinirəm ki, Azərbaycanda yeni klublar yaranıb və voleybol gündən-günə daha çox inkişaf edir. Sözün düzü, qarşılaşmaları izləmək üçün vaxtım olmurdu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Futbol
Bu gün, 08:00

Yuventusun yeni baş məşqçisi üçün üç əsas namizəd

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Oxşar xəbərlər