top
Bakıda FIVB-in Level-1 seminarı başa çatıb Sport24.az
25 may 2024, 12:45
- ↺ +

Bakıda FIVB-in Level-1 seminarı başa çatıb

Bakıda məşqçilər üçün keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarı başa çatıb. Sport24.az xəbər verir ki, tədbir FIVB-nin dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə baş tutub.

 

Seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan ümumilikdə 40-a yaxın mütəxəssis iştirak edib. Seminara FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik ediblər.

 

Tədbir nəzəriyyə və təcrübədən ibarət olub. Mayın 23-də iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər nəzəri imtahanda iştirak hüququ qazanıblar. Mayın 24-də son imtahanın ardınca yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. 38 nəfərdən 35-i FIVB-nin Level-1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb. Digərlərinə isə iştirakçı sertifikatı verilib.

 

İmtahanlardan sonra bağlanış mərasimi baş tutub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin baş katibi Faiq Orucov çıxış edərək iştirakçıları salamlayıb, imtahanları uğurla keçən və FIVB Level-1 sertifikatı alan məşqçiləri təbrik edib.

 

Orucov bu cür seminarların həm də yerli məşqçilər üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb. Federasiya rəsmisi sertifikat ala bilməyən iştirakçılara öz üzərilərində daha yaxşı çalışmaqlarını tövsiyə edib, onların növbəti seminarlarda uğurlu nəticə əldə edəcəklərinə əminliyini bildirib.

 

Daha sonra çıxış edən Cengiz Akarçeşme və Cahangir Seyed Abbasi AVF-nin beynəlxalq seminarlara ev sahibi etməsini yerli məşqçilərin təcrübələrinin artırılması üçün yaxşı fürsət olduğunu bildiriblər, yüksək səviyyədə təşkilatçılıq üçün federasiya rəhbərliyinə təşəkkür ediblər.

 

Sonda Level-1 sertifikatı alan iştirakçılara diplomlar təqdim olunub və xatirə şəkli çəkilib.

 

Qeyd edək ki, bu Azərbaycanda keçirilən dördüncü FIVB Level-1 seminarıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər