"Azeryol" qadın həndbol klubuna yeni baş məşqçi təyinatı olacaq.
İdman.Biz-in Azərbaycan Həndbol Federasiyasından əldə etdiyi məlumata görə, bu posta belaruslu mütəxəssis Sergey Kambur gətirilə bilər.
"Onunla danışıqlar aparılır və bütün detalların dəqiqləşdirilməsindən, həmçinin Bakıya gəlməsindən sonra müqavilənin imzalanması gözlənilir. Müqavilə imzalanan kimi media orqanlarına mütləq ətraflı məlumat veriləcək" – deyə federasiyadan bildirilib.
Xatırladaq ki, klubun əvvəlki baş məşqçisi də əcnəbi mütəxəssis - rusiyalı Aleksandr Revva idi.
Vüqar Vüqarlı