top
Azərreylin legionerləri uğursuzluqlar, rəqiblər və Azərbaycan voleybolu haqqında: Müsahibə Idman.biz
21 noyabr 2025, 16:33
- ↺ +

"Azərreyl"in legionerləri uğursuzluqlar, rəqiblər və Azərbaycan voleybolu haqqında: Müsahibə

Azərbaycanın hazırkı voleybol çempionu olan "Azərreyl" qadın komandası ölkənin Yüksək Liqasındakı son iki oyunda uğursuzluğa düçar olub. Mövsümə "Gəncə" klubuna qarşı qələbə ilə başlayan "Azərreyl", növbəti görüşlərdə "DH Volley" (2:3) və UNEC (0:3) komandalarına uduzub.

İdman.Biz son oyun və başqa məqamlarla bağlı klubun legionerləri - ABŞ-dən olan Medison Bleyn və Cənubi Koreyadan olan Sol Ku ilə söhbət edib.

- Komandanın UNEC ilə oyunda nə alınmadı?

Medison Bleyn:

- Mənə elə gəlir ki, UNEC əla çıxış etdi: rəqib servislərlə bizə ciddi təzyiq göstərirdi. Onlar çox aqressiv şəkildə oynayırdılar və buna görə bizim üçün topu keyfiyyətli qəbul etmək çətin idi. Bu da hücumları tamamlamağımızı çətinləşdirirdi. Kollektiv şəkildə öz işimizin öhdəsindən gələ bilmədik.
Bəlkə də məndə blokda hər şey alınmırdı, həmçinin bütün komandanın top atışı zəif idi. Bizim günümüz deyildi. Ard-arda çox səhvlər etdik ki, bu da öz oyunumuzu diktə etməyə imkan vermədi. UNEC isə təzyiqə tab gətirdi və çox özünəinamlı oynadı, əhsən! Növbəti dəfə mütləq özümüzü daha yaxşı göstərəcəyik.

Sol Ku:
- Medisonla razıyam. UNEC ilə oyundan sonra kədərlənmişdim, çünki bilirəm ki, biz nə qədər motivasiyalıyıq. Enerjimiz vardı, amma bacardığımız hər şeyi göstərə bilmədik. Bilmirəm, məsələ nədə idi... Buna görə də mənə pis oldu, amma əminəm ki, növbəti dəfə daha yaxşı çıxış edəcəyik."

- Əsas rəqibiniz kimdir?

Medison Bleyn:

- Biz cəmi üç oyun keçirmişik, buna görə bütün komandaları görməmişik. Amma bizim "Turan"la hazırlıq oyunumuz olmuşdu. Bu, çox layiqli rəqibdir: güclü blok, servis, hücumlar. Məncə, indiyə qədər gördüyümüz kollektivlər arasında onlar bizim üçün ən böyük təhlükəni təmsil edirlər.

Sol Ku:

- Mən də razıyam. "Turan" hələlik ən ciddi rəqib kimi görünür.

- Azərbaycan çempionatının səviyyəsini əvvəllər oynadığınız liqalarla müqayisədə necə qiymətləndirərdiniz?

Medison Bleyn:

- İlk dəfədir xaricdə oynayıram, ona görə də qiymət vermək çətindir. Bura gələndə nəylə qarşılaşacağımı bilmirdim, amma hələlik hər şey xoşuma gəlir. ABŞ-də çoxlu liqalar var. Məsələn, mən orta səviyyəli universitet liqasının birinci divizionunda çıxış etmişdim və düşünürəm ki, o, Azərbaycanın çempionatına oxşayır.

Sol Ku:

- Xaricdə ikinci oyun təcrübəmdir. Ötən il Fransanın ikinci divizionunda çıxış etmişdim, bundan əvvəl isə Koreya liqasında oynamışdım. Buradakı çempionatın səviyyəsi mənə çox xoşdur – o, həqiqətən yüksəkdir. Buna görə də Azərbaycanda oynayaraq növbəti mövsüm üçün ustalığımı xeyli artıra bilərəm. Fikrimcə, səviyyə Fransanın liqasına bənzəyir. Koreya çempionatı isə tamamilə fərqlidir, bunu təsvir etmək çətindir: idman zallarından tutmuş məşqçilərə qədər hər şey başqadır.

- Bura gəlməzdən əvvəl Azərbaycan voleybolu barədə nəsə bilirdinizmi?

Sol Ku:

- Eşitmişdim, çünki əvvəllər burada koreyalı voleybolçu çıxış etmişdi. O, möhtəşəm toppaylayıcı idi. Amma ölkə haqqında çox şey bilmirdim. Əlbəttə, onunla burada oynadığı vaxtlar barədə danışmaq istərdim. Ancaq o, artıq təqaüdə çıxıb, məndən böyükdür və o qədər görkəmli idmançıdır ki, onun uğurlarına çatmaq belə mümkün deyil.

Medison Bleyn:

- Dediyim kimi, peşəkar beynəlxalq voleybolda yeniyəm. Ancaq müqavilə imzaladıqdan sonra Azərbaycandakı voleybol haqqında daha çox öyrənməyə başladım. Azərbaycanlı voleybolçuların keçmiş nailiyyətləri haqqında həqiqətən çox yaxşı şeylər eşitmişəm. Və mən məmnuniyyətlə kömək edərdim ki, Azərbaycanda voleybol yenidən əvvəlki səviyyəsinə qayıtsın.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Oxşar xəbərlər