top
Azərreylin baş məşqçisi Paolo Toffoli: Qadınlarla ünsiyyətdə hər sözü ölçüb-biçmək lazımdır Idman.biz
25 dekabr 2025, 16:22
- ↺ +

"Azərreyl"in baş məşqçisi Paolo Toffoli: Qadınlarla ünsiyyətdə hər sözü ölçüb-biçmək lazımdır

Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr olunmuş ənənəvi sorğusunda "İlin ən yaxşı qadın komandası" nominasiyasında qadın voleybol klubu "Azərreyl" qalib olub.

Bununla əlaqədar İdman.Biz artıq ikinci mövsümdür bu kluba rəhbərlik edən komandanın baş məşqçisi - italiyalı mütəxəssis Paolo Toffolidən qısa müsahibə götürüb.

- Cənab Toffoli, "Azərreyl"in ilin ən yaxşı qadın komandası seçiləcəyini gözləyirdinizmi? Bu nəticə klubunuzun gücündən, yoxsa digər Azərbaycan qadın komandalarının zəifliyindən xəbər verir?

- İlk növbədə onu deyim ki, "Azərreyl" böyük ənənələrə malik klubdur və komandanın gücü bu gün ortaya çıxmayıb. Keçən il çox çətin oldu, çünki mövsüm ərzində düz beş oyunçunu dəyişdik. Komanda tam şəkildə yalnız martın əvvəlində formalaşdı, aprelin 24-də isə çempion olduq. Ötən mövsümün ən güclü komandası "Abşeron" idi, amma biz özümüzə inanırdıq və nəticədə qalib gəldik.

Çempionata gəlincə, komandalar arasında daha çox balans olmalıdır. Məsələn, bu il iki klub var - "Turan" və "DH Volley" - onların büdcəsi digərləri ilə müqayisədə iki-üç dəfə çoxdur. Faktiki olaraq, onlardan yalnız qələbələr gözlənilir və bu səbəbdən onlarla rəqabət aparmaq çox çətindir.

- Bəs ümumilikdə qadınlarla işləmək çətin deyil? Məsələn, şəxsən sizin üçün kiminlə ortaq dil tapmaq daha asandır - evdə həyat yoldaşınızla, yoxsa Bakıda komanda ilə? Həyat yoldaşı ilə voleybolçular arasında hansı oxşar və fərqli cəhətlər var?

- Əlbəttə, çətindir, amma bu xoş bir çətinlikdir. Qadın komandası ilə işləmək kişi komandası ilə işləməkdən fərqlənir. Hesab edirəm ki, istər ailədə, istərsə də işdə qadın cinsinin bütün nümayəndələri ilə ünsiyyətdə hər sözü ölçüb-biçmək lazımdır, çünki qadınlar çox həssasdırlar.

- Məğlub olduqları vaxt voleybolçuları qələbəyə hansı sözlərlə ruhlandırırsınız?

- Mən çalışıram ki, onlar üçün daim istiqamətverici olum. Biz - yəni komanda - hər zaman aydın düşüncəni qorumalıyıq, amma məğlubiyyət insanın daxilində yanmalıdır.

- Voleybolçularınız məğlubiyyətləri necə qəbul edirlər?

- Onlar niyə uduzduğumuzu anlayırlar və məşqlərdə hər gün daha yaxşı olmağa çalışırlar. Bu isə ən vacib məqamdır!

- Azərbaycanda hamı deyir ki, biz italiyalılara çox bənzəyirik — davranışımıza, mentalitetimizə görə. Siz bu fikirlə razısınızmı?

- Açığı, mən belə düşünmürəm. Hamımız fərqliyik: hər bir insan, bütöv bir xalqdan danışmasaq belə, özünəməxsus xüsusiyyətlərə malikdir.

- "Azərreyl"in gələn il üçün planları nələrdir?

- Xüsusi planlarımız yoxdur. Diqqətimizi bu çempionatı yaxşı başa vurmağa və çempionluq titulunu qorumağa yönəltmişik.

- Bakıda sizin üçün ən sevimli istirahət məkanı hansıdır və niyə?

- (Düşünür.) Yəqin ki, hamının burada bulvar adlandırdığı Dənizkənarı Parkdır. Burada gəzməyi, dəniz dalğalarının yüngül səsi altında fikirlərimi qaydaya salmağı çox sevirəm.

Vüqar Vüqarlı

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər