Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"DH Volley" kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18), "Milli Aviasiya Akademiyası" isə "Gəncə"ni 3:2 hesabı ilə üstələyib.
Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.