Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.
"Report"un məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutub.
Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib - 3:2.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.