top
Azerbaijan International 2026: Gənc badmintonçuların beynəlxalq arenada ilk təcrübələri və uğurları Idman.biz
05 fevral 2026, 13:25
- ↺ +

"Azerbaijan International 2026": Gənc badmintonçuların beynəlxalq arenada ilk təcrübələri və uğurları

Bakıda badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turniri davam edir. Yarışda 33 ölkədən 347 idmançı iştirak edir. Azərbaycan turnirdə 28 badmintonçu ilə təmsil olunur – 14 oğlan və 14 qız.

Aqil Qabilov turnirdə çıxışını başa vuran azərbaycanlı idmançılardan biridir. O, Azərbaycan çempionudur və badmintonla artıq 11 ildir məşğul olur. Qabilov bu idman növünə məktəb bölməsindən başlayıb.

Turnirdə Aqil Qabilov həm tək, həm də Ülvi Hüseynovla birgə cütlük kateqoriyasında çıxış edib. O, İdman.Biz-ə açıqlamasında bildirib ki, cütlükdə çıxışı tək oyunla müqayisədə daha uğurlu alınıb.

"Turnirdə mənim üçün ən çətin oyun slovakiyalı idmançılara qarşı cütlük görüşü oldu. Bu, üç set davam edən gərgin qarşılaşma idi. Məğlub olmağımıza baxmayaraq, sona qədər mübarizə apardıq. Bir məqamda hesabda öndə idik, lakin dözümlülük və texnika çatmadı", – deyə A. Qabilov bildirib.

Leyla Camalzadə

Azərbaycan millisinin yeniyetmələrdən ibarət komandasının üzvü, 15 yaşlı Leyla Camalzadə tək kateqoriyada çıxışını başa vurub. Bununla belə, o, Həcər Nuriyeva ilə cütlükdə turnirin ən güclü 16-lığına düşərək əsas mərhələyə vəsiqə qazanıb.

"Pis çıxış etmədim, amma daha yaxşı oynaya bilərdim. Böyüklər arasında oyun təcrübəsi çatmadı, sürət və zərbələrin gücü baxımından uduzdum", – deyə Leyla Camalzadə qeyd edib.

Badmintonçunun sözlərinə görə, cütlük oyunu tək oyundan xeyli fərqlənir:

"Cütlükdə tərəfdaşlar arasında əlaqə çox vacibdir – bir-birini dəstəkləmək, günahı üzərinə atmamaq lazımdır. Səhvləri oyun zamanı yox, matçdan sonra müzakirə etmək daha doğrudur. Həmçinin, əgər tərəfdaşın çətinlik yaşayırsa, məsuliyyəti üzərinə götürməyə hazır olmalısan".

İdmançının sözlərinə görə, onların cütlüyü yaxşı harmoniya ilə seçilir. Daha əvvəl bu duet İranda keçirilən turnirdə birinci, Uqandadakı yarışda isə ikinci yeri tutub.

Leyla Camalzadə həmçinin bildirib ki, bu il üçün əsas məqsədi yay yeniyetmələr Olimpiya Oyunlarıdır və o, bu yarışlara aktiv şəkildə hazırlaşır.

Qusarlı gənc badmintomçular

Turnirin əsas mərhələsinə Qusardan olan cütlük – Həbibə Quliyeva və Əsma Məmmədova da vəsiqə qazanıb. Hər iki idmançının 12 yaşı var. "Azerbaijan International 2026" onlar üçün ilk beynəlxalq turnir olub.

Regionda badmintonun inkişafında Quliyevanın atası mühüm rol oynayıb. O, məşqçi kimi öz təşəbbüsü ilə ailəsi ilə birlikdə Bakıdan Qusara köçərək bu idman növünün bölgədə inkişafına çalışıb.

"Atam hamı üçün pulsuz məşqlər təşkil edir – həm peşəkar şəkildə məşğul olmaq istəyənlər, həm də sağlamlıq üçün gələnlər üçün", – deyə Həbibə Quliyeva bildirib.

Əsma Məmmədova(solda) və Həbibə Quliyeva

Həbibə erkən yaşlarından raketka və volanla tanışdır. Onun cütlük yoldaşı Əsma Məmmədova isə əvvəllər badminton haqqında az məlumatlı olsa da, bu idman növünü sınamaq qərarına gəlib və 7 yaşından məşqlərə başlayıb.

Tək kateqoriyada hər iki idmançı daha yaşlı rəqiblərlə üz-üzə gəlib. Həbibə Quliyeva 21 yaşlı italiyalı badmintonçu ilə, Esma Məmmədova isə 18 yaşlı hindistanlı idmançı ilə qarşılaşıb.

"Düşünürəm ki, normal çıxış etdim, amma təcrübə çatmadı", – deyə Məmmədova vurğulayıb. Həbibə Quliyeva isə nəticəsindən məmnun qalıb: "Təcrübəli rəqibə qarşı bu qədər yaxşı oynaya biləcəyimi gözləmirdim".

Hər iki qız gələcəkdə özlərini peşəkar idmanda görür, lakin təhsil almağı da istisna etmirlər. Həbibə Quliyeva baytarlığa maraq göstərir, biologiya və coğrafiyanı sevir. Əsma Məmmədova isə 12 yaşında artıq iynə vurmağı və sistem qoşmağı bacarır və tibb bacısı olmaq istəyir.














Foto: İslam Atakişiyev

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Oxşar xəbərlər