top
18 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyinin qalibləri məlum olub Idman.biz
05 aprel 2026, 20:39
- ↺ +

18 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyinin qalibləri məlum olub

18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici qarşılaşmalarda medalların sahibləri bəlli olub.

İdman.Biz xəbər verir ki, oğlanların mübarizəsində "Murov Az Terminal" komandası "Bakı RVK"nı 3:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızlar arasında isə üçüncü yeri "Oğuz RVK" klubuna 3:0 hesabı ilə qalib gələn "Möminə Xatun" komandası tutub.

Qızların final qarşılaşmasında "Milli Aviasiya Akademiyası" komandası "Lokomotiv"i 3:0 hesabı ilə üstələyərək yarışın qalibi adını qazanıb. Oğlanların həlledici görüşündə isə "Şərqi Zəngəzur RVK" komandası "ORDU"ya eyni hesabla (3:0) qalib gələrək çempionluğa yiyələnib.

Final oyunlarından sonra təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyası (AVF) ilə müqaviləsi başa çatan yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib. AVF prezidenti Şahin Bağırov 2023-cü ildə ölkəmizə dəvət olunan türkiyəli mütəxəssisə paytaxt və regionlarda voleybolun inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib və ona federasiyanın təşəkkürnaməsini təqdim edib.

Gənclərdən ibarət milli komandanın üzvləri Şahin Çatmaya yığmanın simvolik formasını hədiyyə ediblər. Türkiyəli mütəxəssis öz çıxışında AVF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib və yeniyetmə idmançıların gələcəkdə əsas yığmada uğurla çıxış edəcəklərinə əminliyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər