Şəfa futbol takımının baş antrenörü Zaur Haşimov Qəbələ ile oynanan yoxlama görüşünü şərh edib.
İdman.Biz hesabatında deyilir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.
"Qəbələ" ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar.
Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi dörd-beş məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayız və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq".
Qeyd edək ki, "Şəfa" ilk yoxlama oyununda "İmişli" ilə 2:2 hesablı heç-heçə edib. Komanda növbəti sınaq matçını 31 iyulda "Araz-Naxçıvan"a qarşı keçirəcək.