Bugün Gəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə qarşılaşacaq.
Bu, R.Jorjenin rəhbərliyi altında U-20-nin ilk matçı olacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.