AFFA'yı UEFA Uluslar Ligi'nin 2026/2027 sezonu kura çekiminde temsil edecek kişiler belirlendi.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Xatırladaq ki, püşkatma mərasimi Belçikanın paytaxtı Brüsseldə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.