Dördqat "Böyük Dəbilqə" çempionu və dünya ikinci raketkası, italyan tennisçi Yannik Sinner Avstriyanın Vyana şəhərində keçirilən "ATP-500" turnirinin finalına yüksəlib.
İdman.Biz bildirir ki, yarımfinalda o, avstraliyalı dünyanın yeddinci raketkası Aleks de Minoru iki setdə (6-3, 6-4) məğlub edib.
Görüş 1 saat 29 dəqiqə davam edib.
Avstriya paytaxtında keçiriləcək turnirin finalında Yannik Sinner Lorenzo Musetti (İtaliya) və Aleksandr Zverev (Almaniya) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.