"US Open 2025"də kişilərin yarışında ilk yarımfinalın qalibi bəlli olub.
İdman.biz bildirir ki, dünyanın yeddinci raketkasi serb Novak Cokoviç dünya reytinqinin ikinci nömrəsi, ispaniyalı Karlos Alkarasla qarşılaşıb. Üç setdə 2 saat 22 dəqiqə davam edən qarşılaşma 6:4, 7:6 (7:4), 6:2 hesabı ilə Alkarasın qələbəsi ilə başa çatıb.
"US Open 2025"inn finalında Alkaras Yannik Sinner (İtaliya, 1) - Feliks Oje-Alyassim (Kanada, 27) görüşünün qalibi ilə oynayacaq.
"US Open 2025" sentyabrın 7-dək davam edəcək. Hazırkı çempion Yannik Sinnerdir.