Dünya reytinqində 38-ci pillədə qərarlaşan fransalı tennisçi Uqo Ember Monpelyedə keçirilən turnirdəki hərəkətləri onun mərc oyunlarına mübtəla olduğunu deməyə əsas yaradıb.
İdman.Biz xəbər verir ki Uqo Ember həmvətəni= Adrian Mannarino ilə matç zamanı, həlledici tay-breykdə, 4:3 hesabı ilə öndə olarkən qəfil oyunu dayandıraraq telefonuna baxıb.
Məhz bundan sonra fransalı tennisçi ardıcıl dörd xal itirib.
Nəticədə U.Ember görüşü uduzaraq turnirlə vidalaşıb.