Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, idmançı "Riga City Council's Youth Cup 2026" turnirində fərqlənib.
Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolüstü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.
Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.
Qeyd edək ki, bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.