top
Paula Badosanın 28 yaşı: Zədələr, Ayrılıq və Seksual, Həmçinin Azadam Mesajı Idman.biz
17 noyabr 2025, 11:10
- ↺ +

Paula Badosanın 28 yaşı: Zədələr, Ayrılıq və "Seksual, Həmçinin Azadam" Mesajı

İspaniyalı tennisçi Paula Badosa 15 noyabrda 28 yaşını qeyd edib.

İdman.Biz xəbər verir ki, o, ad gününü ailəsinin əhatəsində keçirib və həmin anlardan xoşbəxt görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Mövsümü sentyabrın sonunda yaşadığı zədə səbəbindən vaxtından əvvəl başa vuran raketka ustası hazırda bərpa dövründədir. Məşq və yarış gərginliyindən uzaq qalan Badosa sosial şəbəkələrdə aktiv şəkildə foto və videolar paylaşaraq istirahətindən zövq alır.

Karyeranı sarsıdan bel problemi

Karyerasında Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinqində ikinci pilləyə qədər yüksələn Badosa potensialını tam reallaşdırmaqda çətinlik çəkir. Buna səbəb isə ardıcıl yaşadığı zədələrdir.

Tenniçini ən çox çətinliyə salan belindəki ciddi zədə olub. Elə bu problem üzündən o, 2023-cü ildə idmanı tamamilə buraxmağı belə düşünüb. Lakin geri dönərək mövsümü 66-cı yerdə başa vurmasına baxmayaraq, 2024-cü ildə reytinqdə 12-ci pilləyə qədər yüksəlib və Vaşinqtonda təşkil olunan WTA-250 turnirinin qalibi olub.

Ancaq bir il sonra problemlər yenidən özünü göstərib. Pekində keçirilən "Masters-1000" turnirinin üçüncü raundunda Karolina Muxovaya(Çexiyalı tennisçi - red) qarşı matçını zədə səbəbindən yarımçıq tərk edən tennisçi ardınca mövsümün vaxtından əvvəl başa çatdığını açıqlayıb.

Badosanın çıxışlarına təsir edən amillərdən biri də Stefanos Tsitsipasla(Yunan tennisçi – red) iki illik münasibəti olub. Cütlük sosial şəbəkələrdə ümumi hesabları ilə məşhurluq qazanmış, tez-tez mediada birlikdə görünmüşdü.

Bu münasibət hər iki idmançı üçün yorucu olub. Onlar 2024-cü ildə üç həftəlik ayrılıq yaşasalar da, sonradan barışıblar. Tsitsipasa yaxın şəxslər bu münasibətin yunan tennisçinin performansına mənfi təsir etdiyini bildirirdilər. Hazırda o, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) reytinqində 34-cü yerdədir.

Nəhayət, cütlük 2025-ci ilin iyulunda - hər ikisinin "Uimbldon"un ilk raundunda məğlub olmasından dərhal sonra ayrılıb. Görünən odur ki, Badosa hələ ki yeni münasibətə başlamayıb.

"Seksual və azadam"

Paulanın ad günü şarlarında "28 və hələ də seksual, həmçinin azadam" yazısı diqqət çəkib. Bu, gələcək pərəstişkarlar üçün açıq mesaj kimi qiymətləndirilə bilər.

Hər halda, hazırkı görüntülər göstərir ki, zədə dönəmi və şəxsi həyatdakı çətinliklərə baxmayaraq, Badosa özünü xoşbəxt hiss edir. Bunun səbəbi isə yaxın dostları və ailəsinin dəstəyi ola bilər.

Son günlərdə o, dünyanın ən güclü tennisçilərindən biri olan Arina Sobalenka ilə Dubayda birgə istirahət edib.

Sobalenka dostluqları barədə belə deyib:

"Paula ilə vaxt keçirməyi çox sevirəm. Bir neçə gün birlikdə olduq, əla vaxt keçirdik... Mən sadəcə Dubayda olmağı xoşlayıram. Orada yeməklər dadlıdır, axşamlar dostlarla vaxt keçirirəm və əlbəttə, gün ərzində ciddi şəkildə məşq edirəm. Amma sonra dostlarımla bir az dincəlmək imkanım olur".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Dünən, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Dünən, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Dünən, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Dünən, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Dünən, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Oxşar xəbərlər