Serbiyalı tennisçi Novak Cokoviç Uimbldon turnirində ən çox qələbə qazanan tennisçi olub.
Lent.az xəbər verir ki, Cokoviç dördüncü mərhələdə rusiyalı Roman Safiullini məğlub edərək Uimbldonda 106-cı qələbəsini qazanıb və bu göstəricidə Rocer Federeri geridə qoyub.
Serbiyalı tennisçi Böyük Dəbilqə turnirlərində ümumilikdə 408 tək oyun qələbəsi ilə də rekordun sahibidir.
Federer Uimbldonda səkkiz titul qazanaraq bu göstəricidə lider olaraq qalır. Cokoviçin isə turnirdə yeddi çempionluğu var.