Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarına start verilib.
"Report" xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistan 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.
Bu gün Azərbaycanın kişilərdən ibarət millisi isə 1/4 finalda Özbəkistanla görüşəcək.
Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək.
Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.
III MDB Oyunları